İmişlidə 50 qoyun zəhərlənib tələf oldu – FOTO
5-01-2016, 12:50
Oxunub: 4 003
Təsərrüfat sahibinə xeyli miqdarda ziyan dəyib
İmişlidə qoyunlar arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bolgexeber.com "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şirin Qum adlanan ərazisində qeydə alınıb.
Həmin ərazidə müvəqqəti məskunlaşmış Laçın rayon sakini İsaq Rüstəmov Bakıda olarkən ona iki baş qoyunun öldüyü xəbər verilib.
İ.Rüstəmov da paytaxt apteklərindən birindən xəstəliyin əlamətlərini deyərək "Qrometsin" preparatı alıb. O, dərmanları qoyunlara verdikdən sonra xırdabuynuzlularda kütləvi zəhərlənmə halı müşahidə olunub.
Bir həftə ərzində 15-i boğaz olmaqla 50 baş xırdabuynuzlu heyvan tələf olub və təsərrüfat sahibinə xeyli miqdarda ziyan dəyib.
Kamallı baytarlıq məntəqəsinin müdiri Elsevər Ağayevin verdiyi məlumata görə, parazit qurdlara qarşı qutunun üstündə "Qrometsin" sözü yazılsa da, tərkibi başqa dərman olub. Məhz buna görə də qoyunlar kütləvi zəhərlənib.
Hazırda təsərrüfat sahibi heyvanatın tələf olmasında aptekdəki satıcı qadını təqsirli bilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər