“Grandmart” müştəriləri niyə aldadır? - FAKT
5-01-2016, 15:17
Oxunub: 22 912
Məşhur supermarketlər şəbəkəsi olan “Grandmart” müştəriləri aldadırmı?
Alıcılardan biri “Qafqazinfo”ya bildirib ki, bu gün Yasamal r-nu. İ.Qutqaşınlı küçəsində yerləşən marketdə etdiyi alış-veriş zamanı məhsulun üzərindəki qiymətlə çekdə qeyd olunan qiymətin eyni olmadığını görüb. Belə ki, onun aldığı məhsulun üzərində qiymət 24,90 yazılsa da, kassada qiymət 26,96 manat hesablanıb: “Vitrində yanımda xurmanın üstünə qiymətini vurdular. Çıxışda isə kassa çekində başqa qiymət yazıldığını gördüm. Şikayət etdiyim zaman işçilər məndən çekləri almaq istədilər, lakin vermədim. Çox zaman çekdəki qiymətlərə baxmırıq. Media vasitəsi ilə bu hadisəni işıqlandıraraq alıcıları daha diqqətli olmağa çağırıram”.
Məhsulun üzərindəki və çekdə qeyd olunan qiymətlər:

Məsələ ilə bağlı olaraq “Qafqazinfo” “Grandmart”la əlaqə saxlayıb. Supermarketin müdir müavini Elnur Ağayev bildirib ki, həmin qarışıqlıq baş verən zaman özü də marketdə olub: “Səhər kassalarda problem olduğu üçün qiymətlərlə bağlı məlumatlar kassaya gec ötürülüb. Həmin cavan oğlan şikayət edən zaman 5 dəqiqə gözləməsini, hər şeyin həll olunacağını bildirdik. 2 manatını da qaytaracaqdıq. Ancaq çekləri götürüb tələsik getdi. Bu kimi hal baş verən zaman müştərilərdən məsələ ilə bağlı əvvəlcə bizə müraciət etmələrini, problem həll olunmayan təqdirdə mediaya üz tutmalarını xahiş edirik”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər