Bakıda oğlan sosial şəbəkədə tanış olduğu qızı zorladı
6-01-2016, 17:33
Oxunub: 3 642
Bakının Sabunçu rayonunda zorlama faktı qeydə alınıb
Bolgexeber.com teleqraf.com-a istinadən bildirir ki, hadisə Ramana qəsəbəsində baş verib.
Məlumata görə, Ramana qəsəbəsində yaşayan 1988-ci il təvəllüdlü Alim Mehdiyev Qaraçuxur qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü A. Ş. ilə sosial şəbəkələrdən birində tanış olub.
Alim Mehdiyev bir müddət sosial şəbəkədə 16 yaşlı qızla danışıb. Onlar hətta bir-birləri ilə evlənəcəkləri barədə də söhbət aparıblar. Sonra Alim Mehdiyev 16 yaşlı qızı öz ailəsi ilə tanış etmək, bunun üçün onu öz evinə gətirmək barədə razılaşıb. Yetkinlik yaşına çatmayan qız da buna etiraz etməyib.
Alim Mehdiyev qızı aldadaraq Ramana qəsəbəsi, Mədən küçəsində olan yarımçıq tikililərdən birinə gətirib. Alim Mehdiyev orada 16 yaşlı qızla cinsi əlaqədə olub. Sonra Alim Mehdiyev qızı alacağı barədə ona vədlər verib. Amma qız oğlan tərəfindən aldadıldığını başa düşüb və zorlanması barədə anasına danışıb.
Qızın anası S. Ş. hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə ilə müraciət edib. Ərizə əsasında polis bölməsində araşdırma aparılıb. Toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Sabunçu Rayon Prokurorluğuna göndərilib.
Prokurorluqda faktla bağlı cinayət işi başlanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər