Qızının öldürdüyü biznes-ledinin mənzilində 1 milyonluq qızıl olubı- FOTO,VİDEO
7-01-2016, 14:03
Oxunub: 4 612
Qətlə şübhəli bilinən Günel Hüseynovanın əri də Məryəm Namidzadəni aldatdığı üçün həbs edilib
Onun keçmiş həyat yoldaşı bir neçə il əvvəl həbs edilib .Qətlə yetirilmiş iş adamı Məryəm Namidzadənin qızı Günel Hüseynovanın kemiş həyat yoldaşı bir neçə il əvvəl həbs edilib. Bolgexeber.com-un “Report”a istinadən xəbərinə görə, o, M.Namidzadəyə qarşı dələduzluqda təqsirləndirilərək 9 il həbs cəzası alıb.
G.Hüseynovanın indiki sevgilisi isə M.Namidzadəyə Mərkəzi Univermaqda qızıl alqı-satqısında kömək edirmiş. Onun adı Asimdir, soyadı isə açıqlanmayıb. Həmin şəxs də istintaqa cəlb edilib.
Hüseynovaya məxsus “Audi” markalı avtomobil hazırda qətl baş verən Feyzulla Qasımov,17 ünvanının qarşısındadır.
G.Hüseynova özü və daha üç nəfər şübhəli şəxs qismində saxlanılıb.
Saytın yazdığı digər bir xəbərdə isə bildirilib ki, Məryəm Namidzadənin mənzilində 15 kq qızıl olub. M.Namidzadə Yeni il bayramı günündə qonşusuna çalışdığı univermaqda alverin zəif getdiyini, hər gün 15 kq qızılı evdən işə, işdən evə apardığını deyib. Qonşu isə mühafizəçi tutmağı məsləhət görüb.
Qeyd edək ki, hazırkı bazar qiymətləri ilə 15 kq-lıq qızılın dəyəri təxminən 1 milyon manatdır.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər