BolgeXeber.Com » Xəbərlər » Xaləddin İsgəndərovla bağlı daha bir iddia... - Biləcəridən nə qədər haqq alır?

Xaləddin İsgəndərovla bağlı daha bir iddia... - Biləcəridən nə qədər haqq alır?

8-01-2016, 14:44
Oxunub: 4 065 Xaləddin İsgəndərovla bağlı daha bir iddia... - Biləcəridən nə qədər haqq alır?Biləcəri bələdiyyəsinin sədri Hikmet Quliyev icra bascisinin müavini İlqar Süleymanovun yerinə göz dikib

Bu barədə Vertikal.az-a daxil olan xəbərdə deyilir.

Həmin xəbəri olduğu şəkildə təqdim edirik: "Artıq qəsəbədə də sözsöhbət dolaşır. Hətta H.Quliyev bu məsələ ilə bağlı icra başcısı X.İsgəndərovla da danışıqlar aparıb. O da məlumdur ki, H.Quliyev Biləcəri qəsəbəsi bələdiyyə sədrliyinə Xaləddin İsgəndərovun köməkliyi ilə gelib. Amma pulsuz. Başçı onun qabağında şərt qoyub ki, işləyəcyi 5 il müddətində hər il ona 50 min manat pul verməlidir. H.Quliyev de qollarını cirmələyib düşüb Biləcəri sakinlərinin üstünə. Kecmiş sədrin sakinlərə satdığı qeyri qanunu torpaq sahələrini yenidən onların özlərinə satır. Sotu da 5 min manata. H.Quliyevin şərti ilə razılaşmayan sakinlər bələdiyyə işçiləri tərəfindən polislə hədələnirlər.

İndi Xaləddin müəllim görür ki Hikmət onun marağındadır. Yəni nə desən bu gənc kadr onun bütün eəmr ve tapşırıqlarını canla başla yerinə yetirir. Ona görə də Hikmət də bundan ruhlanaraq gözünü birinci müavinin postuna dikib. Hətta bu söhbət İlqar Süleymanovun da qulağına çatıb.

Hikməti yanına cağıraraq onu danlayıb. Hikmət bu məsələdən xəbərsiz olduğunu desə də müavin ona inanmayıb. Ona göre də Hikmət Quliyev İlqar Süleymanovun gözündən düşüb. Müavin Hikmətin ona güclü rəqib olduğunu öyrəndikden sonra onu rahat buraxmır. Amma Hikməti Xaleddin İsgəndərov saxlamaq məcburiyyətindədir. Ona görə ki, Hikmət 5 ildə ona 250 min manat verməlidir.

Biləcəri qəsəbəsində isə abadlıq heçne aparılmır. Sadəcə görüntü xətrinə sədr bir iki adamla küçələri gəzirlər. Guya iş görürlər. Harada boş torpaq görürlər o saat onun yiyəsini yanlarına çağırıb pul istəyirlər.
Gəlin yoxlayın. Dediklərimdə yalan heçnə yoxdur".

Qarşı tərəfin də mövqeyini yaymağa hazırıq...
Bolgexeber.com