Keçmiş baş prokurordan səhiyyə nazirinə qəzəbli sual - FOTOLAR
9-01-2016, 10:46
Oxunub: 4 743
Əli Ömərov dərmanların 150 faiz bahalaşmasının səbəbini bilmək istəyir...
Keçmiş baş prokuror Əli Ömərov moderator.az - a zəng vuraraq dərman almaq üçün müraciət etdiyi aptekdəki qiymətlərdən şoka düşdüyünü bildirib.
Keçmiş baş prokuror saytın əməkdaşına bildirib ki, xeyli vaxtdır qan təzyiqindən əziyyət çəkir və son günlərədək 10 manata aldığı "Tripliksam" dərmanını ona aptekdə 25 manata veriblər. Yalnız aldığı təqaüdlə dolandığını deyən Ə. Ömərov şikayətlənir ki, belə getsə müalicəsi üçün zəruri olan dərmanların hamısını almaq imkanından məhrum olacaq.
Ə. Ömərov saytımız vasitəsilə səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edərək qiymətlərin 150 faiz bahalaşmasının səbəbini bilmək istədiyini deyir.
Baş prokuror eyni zamanda bir suala da cavab axtardığını bildirdi ki, görəsən dövlət başçısı möhtərəm İlham Əliyevin ölkənin dərman bazarında baş verənlərdən müfəssəl məlumatı varmı? Keçmiş baş prokuror bu qənaətdədir ki, prezidentin baş verənlərdən xəbəri olsaydı o belə bir anarxiya və xaosun yaşanmasına qətiyyən yol verməzdi.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər