Arvadını çay içməyə görə öldürdü - Bərdədə
9-01-2016, 15:55
Oxunub: 3 511
Dəhşətli qətlin təfərrüatları
Səhər açılmamış həyat yoldaşından ona çay verməsini tələb edib
Dünən Bərdə rayonunda törədilmiş qətlin səbəbi məlum olub. Lent.az-ın məlumatına görə, rayonun Tumaslı kəndində yaşayan35 yaşlı Zülfüqar Rəhimov həyat yoldaşı, 30 yaşlı Gülnaz Rəhimovanı onaçay vermədiyi üçün öldürüb. Belə ki, dünən səhər saat 6 radələrində yuxudan oyanan Z.Rəhimov həyat yoldaşı Gülnaz Rəhimovanı oyatmağa çalışıb və ona tez çay verməsini tələb edib. Qadın isə səhərin hələ açılmadığını deyib və həyat yoldaşından bir az gözləməyi xahiş edib. Bu səbəbdən də Z.Rəhimov özündən çıxıb və tez bıçağı götürərək, yataqda yarıyuxulu vəziyyətdə olan həyat yoldaşına zərbələr endirib. Boynundan və döş qəfəsindən ağır xəsarətlər alan qadın xəstəxanaya çatdırılsa da, keçinib.
Məlumata görə, Z.Rəhimov işsizdir və hadisəni spirtli içkinin təsiri altında törətməyib. O, psixi xəstə kimi bir müddətdir, müalicə olunurmuş.
Ailənin 3 övladı qalıb.
Qeyd edək ki, qətl hadisəsi törədilərkən Z.Rəhimovun valideynləri evdə olub və onlar yaralı vəziyyətdə olan gəlinlərini xəstəxanaya çatdırıblar. Daha sonra isə valideynləri hadisədən sonra evdən qaçan övladlarını taparaqpolisə təslim veriblər.
Qeyd edək ki, oxşar hadisə 2 gün əvvəl Füzuli rayonunda da baş verib. Araq almaq üçün həyat yoldaşından pul istəyən Bala Bəhmənli kənd sakini, Gəncəvi Sadıqov daha sonra onu öldürüb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər