Həsənovun komitəsi ləğv olunur - daha bir iri məmur işsiz qalacaq
9-01-2016, 16:50
Oxunub: 4 769
R. Həsənovla iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev arasında uzun müddət “soyuq savaş” hökm sürüb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv olunur. Bu barədə Qaynar.info-ya etibarlı mənbələrdən məlumat daxil olub
Mənbələrimizin bildirdiyinə görə, hələ ötən ilin ortalarından başlayaraq, Ramiz Həsənovun rəhbərlik etdiyi komitədə çoxsaylı ixtisarlar aparılıb. “Həmin vaxt bu ixtisarların sözügedən qurumun ləğvi ilə yekunlaşacağına dair iddialar dolaşırdı. Onda belə iddialar təkzib edilsə də, əslində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi an məsələsidir” deyə məlumatda vurğulanır.
Qaynaqlarımız sözügedən qurumun səlahiyyətlərinin əsasən İqtisadiyyat və Sənaye Nazirliyinə veriləcəyini də bildiriblər.
Xatırladaq ki, R. Həsənovla iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev arasında uzun müddət “soyuq savaş” hökm sürüb. Buna səbəb iki qurumun müəssisələrdə yoxlamaların aparılması ilə bağlı səlahiyyətləri bölüşdürə bilməməsi olub. Daha doğrusu, həm adıçəkilən komitənin, həm də sözügedən nazirliyin yoxlamalarla bağlı oxşar funksiyaları onları zaman-zaman qarşı-qarşıya gətirib.
Son zamanlar nazirliklə komitə arasında “açıq savaş” səngisə də, əgər Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi və onun səlahiyyətlərinin əsas hissəsinin İqtisadiyyat və Sənaye Nazirliyinə veriləcəyi barədə məlumatlar təsdiqlənərsə, bu məlum soyuq savaşdan Şahin Mustafayevin qalib çıxdığı və Ramiz Həsənovun işsiz qalacağı anlamına gələcək.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər