“Ağdam məktəblərində “şagird alveri” gedir” - Təhsil nazirinə məktub var
11-01-2016, 10:47
Oxunub: 3 899
Yenicə direktor təyin olunan Səbahət Əmirova da verdiyi 15 min manatı daha tez qazanmaq məqsədi ilə şagirdi olmadığı halda sinif komplektlərinin sayını artırmış, bununla yanaşı məktəbdə fənn müəllimlərinin xəbəri olmadan adlarına xəstəlik vərəqələri açdırır
Ağdam rayon Hacıturallı kənd orta məktəbinin keçmiş direktoru Sevil Qarayeva “AzPolitika.info” saytı vasitəsilə təhsil naziri Mikayıl Cabbarova, maliyyə naziri Samir Şərifova, Baş prokuror Zakir Qaralova şikayət ərizəsi ünvanlayıb. Həmin məktubu qısa ixtisarla və zəruri redaktə ilə dərc edirik:
“Ağdam təhsilini bazara çevirən adamlar onsuz da ağır durumda olan rayon təhsilini daha acınacaqlı vəziyyətə salıblar. Rayonun 19, 34, 78, 85, 87, 93 saylı məktəblərinin şagirdləri olmadığı halda, “şagird alveri” əsasında fəaliyyətinə şərait yaradılır və külli miqdarda dövlət vəsaiti mənimsənilir. 2015-ci ilin sentyabr ayında Ağdam Təhsil Şöbəsinin müdir əvəzi Rahil Allahverdiyev rayon sakini Səbahət Əmirovanı Təhsil Nazirliyi ilə razılaşdırmadan 87 saylı köçkün tam orta məktəbinə direktor təyin etmişdir.
Yenicə direktor təyin olunan Səbahət Əmirova da verdiyi 15 min manatı daha tez qazanmaq məqsədi ilə şagirdi olmadığı halda sinif komplektlərinin sayını artırmış, bununla yanaşı məktəbdə fənn müəllimlərinin xəbəri olmadan adlarına xəstəlik vərəqələri açdırır, hər ay xəstəlik vərəqinə verilən pulları mənimsəyir. Hətta sənəddə “müalicədə” olan müəllimlər həmin tarixlərdə sinif jurnallarını da özləri yazırlar. Məlumat üçün bildirək ki, Səbahət Əmirova əvvəllər rayonun 18 saylı köçkün məktəbində müəllim işləyib və məktəbşünaslıqdan heç xəbəri olmayan adam kimi tanınır. Səbahət Əmirova məktəbə direktor təyin olunduqdan sonra Rahil Allahverdiyevə 3 min manatdan pul verərək qanunsuz olaraq məktəbə 3 nəfər müəllim əmri almışdır. Sanki Ağdam təhsilindən Respublikanın xəbəri yoxdur. Bütün qanunsuz işlər 87 saylı məktəbdə baş verir.
Xahiş edirəm mənim iştirakımla məktəbdə yoxlama aparıb, qanunsuz xəstəlik vərəqələrini üzə çıxarasınız”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər