BolgeXeber.Com » Xəbərlər » Dekan özünü dənizə atan qızdan nələr dedi? - "...bu qızın ailəsində problemlər olub"
Dekan özünü dənizə atan qızdan nələr dedi? - "...bu qızın ailəsində problemlər olub"
11-01-2016, 14:50
Oxunub: 2 730
Onun intihar etməsinin imtahandan kəsilməsi ilə heç bir əlaqəsi yoxdur
Bildiyim qədər, bu qızın ailəsində problemlər olub və istintaq hadisəni daha dəqiq araşdıracaq.
Bu sözləri Axar.az-a Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin dekanı Aftandil Ağababa fakültənin 1-ci kurs tələbəsi Rumiyyə Qasımovanın özünü dənizə ataraq öldürməsindən danışarkən deyib.
Dekan R.Qasımovanın imtahandan kəsilən tələbələrdən biri olduğunu təsdiqləyib:
“Ancaq bu o demək deyil ki, hər imtahandan kəsilən tələbə intihar etməlidir?! Üç kallukum imtahanı verib və ortadan aşağı nəticə göstərib.
Bilirsiniz ki, tələbə nəticədən narazı qalanda apelyasiya şikayəti verə bilər. Çünki bizdə Boloniya sistemidir. Odur ki, onun özünü imtahandan kəsilməsinə görə öldürməsi doğru deyil. Sadəcə, eşitdiyimə görə ailədə problemləri var imiş”.
A.Ağbaba bildirib ki, R.Qasımova intihar etdiyi gün tələbə yoldaşları ilə birlikdə imtahandan çıxıb və hara getdiyini heç kəsə deməyib:
“Ailəsi bir müddət olardı ki, Lerikdən Saray qəsəbəsinə köçmüşdü. Sakit bir tələbə kimi xatırlayıram. Amma hər zaman cəmiyyətdən bir narazılığı vardı. Məsələn, kallukumun səhər saat 9-un yarısında başlanmasından şikayət edirdi. Deyirdi ki, Saraydan gəlirəm, yol uzaqdır. Amma imtahana görə intihar etməyib. Çünki bu halda tələbə universitetdən qovulmur.
Bizdə imtahanlar həmişə şəffaf keçib. Hətta bir valideyn gəlmişdi. Övladı əvvəlcə bir imtahandan 2 almışdı, digərindən isə yüksək nəticə. O da təşəkkür edirdi ki, belə şəffaf imtahan keçirilir. Rumiyyənin intiharını eşidib çox kədərlənmişdi”.
Dekanı tələbəsinin intiharından çox sarsıldığını qeyd edib və ailəsinə səbir diləyib. O, istintaqın obyektiv aparılacağına inandığını qeyd edib.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər