Bu təhsil ocağında rüşvəti aşkara tələb edirlər... - ŞİKAYƏT VAR
11-01-2016, 16:36
Oxunub: 3 372
Bakının Suraxanı məktəblərində rüşvət baş alıb gedir
Rayonun Qaraçuxur qəsəbəsində yerləşən Rəsul Ənnağıyev adına 141 saylı tam orta məktəb də digər təhsil ocaqlarından geri qalmır.
Valideynlərin Vizual.az-a göndərdiyi şikayət məktubunda məktəbin direktoru Fərəh Hüseynovanın özbaşınalığından bəhs olunub.
Məktubda deyiir ki, direktor müəllim kollektivi ilə normal ünsiyyət qurmur, dərs saatlarını rüşvət hesabına bölüşdürür. Etik davranış qaydalarına zidd rəftarı ilə seçilən xanım direktor şagirdlərdən belə rüşvət toplamaqdan çəkinmir.
Şikayət edən valideynlərin sözlərinə görə, 141 saylı məktəbin direktoru bütün bayramlarda müəllimlərdən siyahı ilə 100 manatdan pul yığdırır. Məktəblərə pulsuz paylanılan dərsliklər isə artıq uzun illərdir ki, şagirdlərə satılır. Valideynlərin sözlərinə görə, 4-cü sinfi bitirən şagirdlər üçün "Kiçik məzun” tədbiri keçirilir. Bunun müqabilində isə hər şagirddən 500 manat məbləğində pul tələb olunur. Təhsil ocağını rüşvət və korrupsiya bataqlığına çevirən direktor "Mən tankam, heç kimin mənə gücü çatmaz”, deyərək valideynlərə hədə-qorxu gəlməkdən belə çəkinmir.
Şikayətçilər təhsil naziri Mikayıl Cabbarovun özünü tank, yaxud digər artilleriya növü ilə müqayisə edən məktəb direktoru barəsində ciddi ölçü götürəcəyinə inanır. Bu iddialarla bağlı məktəbə dəfələrlə zəng etsək də, cavab verən olmadı. Yazıda adı keçən tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər