BolgeXeber.Com » Xəbərlər » Ramiz Zeynalov görəvdən alınır - DYP köklü islahatlara start verilir

Ramiz Zeynalov görəvdən alınır - DYP köklü islahatlara start verilir

13-01-2016, 14:59
Oxunub: 4 265 Ramiz Zeynalov görəvdən alınır - DYP köklü islahatlara start verilir«Asan Xidmət» mərkəzləri ilə ən zəif əməkdaşlıq edən DYP-nin bir sıra müvafiq səlahiyyətləri ləğv olunaraq «Asan Xidmətə» veriləcək

Bu dəqiqələrdə aldığımız məlumata əsasən Dövlət Yol Polisi İdarəsində fundamental olaraq islahatlara qərar verilib. Artıq vətəndaşlarla DYP əməkdaşları arasında ünsiyyət problemlərinin olması,ölkədə yol nəqliyyat sisteminin islahat aparılaraq daha mütərəqqi tqaydalarla idarə edilməsi məsələləri müzakirə edilməkdədir.

Ötən gün dövlət başçısı da hökumətin müşavirəsində bu məqamlara xüsusi önəm verərək nəqliyyat sektorunda mühim islahatların aparılmasının vacibliyindən danışdı və bildirdi ki, bu istiqamətdə 2016-cı ildə də islahatlar həyata keçiriləcək. GUNDEMİNFO.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, DYP sistemində köklü islahatlar aparılacaq. Xüsusilə də Nəqliyyat Nazirliyinin bir sıra səlahiyyətlərinin DYP-yə verilməsi ilə böyük imkanlar əldə etmiş yol polisi ilə bağlı daha mütərəqqi işlərin aparılması üçün təkliflər hazırlanmaqdadır. Məlumatda deyilir ki, ən qısa zamanda Nəqliyyat Nazirliyinin tabeçiliyində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi də DYP-yə birləşdiriləcək. Bundan sonra DYP-nin tabeçiliyində olan «Siqnal» İdarəsi də ləğv ediləcək. Nəticə etibarilə də hazırda «Azəryolservis» ASC-nin səlahiyyətində olan yol nişanlarının da yerləşdirilməsi və tənzimlənməsi də DYP-yə həvalə olunacaq.

Həmçinin də hazırda «Asan Xidmət» mərkəzləri ilə ən zəif əməkdaşlıq edən DYP-nin bir sıra müvafiq səlahiyyətləri ləğv olunaraq «Asan Xidmətə» veriləcək. Xüsusilə də bəzi şəxslərin şəxsi biznes məkanına çevrilən dövlət nömrə nişanları biznes idə DYP-dən alınaraq elektronlaşdırılacaq. Müvafiq olaraq dövlət rüsumlarının ödənilməsi ilə bağlı olaraq elektron qaydalar tətbiq ediləcək.
Son zamanlarp mediada yol polisləri ilə bağlı daha çox tənqid edilən məqamlardan biri də məhz vətəndaşlarla ünsiyyətlə bağlıdır. Sosial şəbəkələrdə və internet mediada son bir neçə gündə Ramiz Zeynalovun işçilərinin vətəndaşlarla ünsiyyətdə kobud rəftara yol verməsi faktlarına dair video materiallar yayılır. Xüsusilə də magistral yollarda DYP əməkdaşlarının sürücülərə qarşı kobud rəftarına dair məqamlar diqqətlə izlənməkdədir.

Daxil olan informasiyalarda deyilir ki, hazırda magistral yollarda yük maşınları üçün tətbiq edilən tərəzilər də işləmir. Əvvəllər Nəqliyyat Nazirliyinin tabeçiliyində olan qurumlar hazırda müvafiq olaraq stosionar postlara verildiyindən tərəzilər işləmir. İndi ölkə bo yu istənilən DYP postunda yük maşınlarının cəmi bir neçə saniyəlik dayanaraq mülki geyimli şəxslərlə danışaraq yollarına davam etməsi halları daha da kütləvi xarakter alıb.

Başqa bir məqam isə DYP-dən dövlət rüsumlarını ödəməklə müvafiq olaraq avtonəqliyyat vasitələri üçün dövlət nömrə nişanlarının alınması ilə bağlıdır. Məlumatlara əsasən bundan sonra vətəndaşlar DYP-dən heç bir arayış almadan «Asan xidmət» mərkəzlərində istədikləri cüt rəqəm və hərfli dövlət nömrə nişanlarını yalnız dövlət rüsumunu ödəməklə əldə edə biləcəklər.

Bunun da səbəbi kimi son zamanlar dövlət növrə satışı ilə bağlı sahədə şəffaflıq prinsiplərinin kobud şəkildə pozulması göstərilir. GUNDEMİNFO.AZ-a danışan mənbələr iddia edir ki, bu sahə ilə bağlı ən yüksək dairələrə, xüusisilə də DYP-də İmtahan Qeydiyyat Şöbəsinin rəisi olan Müşfiq Rəhimovun işçiləri ilə bağlı narazılıqların artması bu sahədə islahatların aparılmasını zəruri edib. Nömrə satışı sayəsində özünə böyük restoranlar şəbəkəsi, biznes imperiyası qura bilən bir sıra DYP əməkdaşları ilə bağlı da araşdırmaların aparılması gözlənilir.

Aldığımız informasyialara əsasən DYP-nin rəisi Ramiz Zeynalova ən qısa zamanda bu sahədə islahatlarla bağlı təklifləri hazırlamaq tapşırılıb. Xüsusilə də hazırki çətin iqtisadi şərtlər altında kimlərinsə nömrə satışı ilə milyonlar qazanmasının qarşsınının alınması və bu milyonların dövlət büdcəsinə ödənilməsini təmin etmək məsələsi mühim məqam kimi qeyd edilir.
Onu da əlavə edək ki, yaxın günlərdə DYP sistemindəki neqativ məqamların artması ilə bağlı Ramiz Zeynalovun da görəvdən alınacağı istisna olunmur. Mənbənin israrlı xəbərinə görə, bu sahəyə daha gənc və islahatçı birinin gətirilməsi gözlənilir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.