BolgeXeber.Com » Xəbərlər » Qazax sakini oğlunun ölümündə həkimi suçlayır - VİDEO

Qazax sakini oğlunun ölümündə həkimi suçlayır - VİDEO

14-01-2016, 15:37
Oxunub: 3 015  Qazax sakini oğlunun ölümündə həkimi suçlayır - VİDEOMərhum Zaur Əhmədovun anası Əcəb Əhmədova baş verənləri danışıb

Qazaxda həkim səhvinin qurbanı olan vətəndaşla bağlı teref.info-ya şikayət daxil olub.Bolgexeber.com xəbər verir ki, mərhum Zaur Əhmədovun anası Əcəb Əhmədova baş verənləri danışıb. Yanvarın 8-də oğlu qolundakı sınıqla əlaqədar Qazaxın diaqnostika mərkəzinə müraciət edib. Cərrah Fəxrəddin əməliyyat olunacağını, 6 günə tam sağalacağına onları inandırıb.
“Bu əməliyyata görə bizdən 1000 manat pul istəyb. Oğlum müayinə edilərkən, əməliyyat üçün tam sağlam olduğunu bildiriblər. Əməliyyat zamanı Zaur Əhmədov narkoz verməli olan Aynurə Vəliyeva tərəfindən öldürülüb. Nə cərrah Fəxrəddin, nə digər həkimlər tərəfindən oğluma tibbi yardım göstərilib. Bu qətlin adını səhlənkarlıq, məsuliyyətsizlik qoya bilərlər. Amma indiyə kimi cərrah diaqnostika mərkəzinin baş həkimi Kamandarın rəhbərliyi altında hələ də işləyir. Bu diaqnostika mərkəzində baş verən ölüm hadisələrindən biridir. Oğlumun qatillərinin ən ağır şəkildə cazalandırılmasını tələb edirəm. Zaur tam sağlam bir gənc idi, yalnız qolunda sınıq olduğu səbəbindən əməliyyat olunmalı idi. Bu həkim səhlənkarlığı deyil, qətldir”.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq.