Böhran Nazim İbrahimovu vurdu: həyat yoldaşının mağazası bağlandı - FOTO
14-01-2016, 19:14
Oxunub: 3 845
Bakı Metropoliteninin Sahil stansiyasının yaxınlığında yerləşən brend geyim mağazası olan "VBC"nin qapıları bağlanıb və üzərinə "İcarəyə verilir" sözləri yazılıb
Manatın ikinci devlvasiyadan, həmçinin neft qiymətlərinin kəskin ucuzlaşmasından sonra ölkədə ciddi maliyyə problemləri yaranıb. Bunun nəticəsi olaraq paytaxda və bölgələrdə bir çox məşhur rstoran və mağazalar, digər iaşə obyektləri bağlanıb.
Böhran məmurlardan da yan ötməyib. Bizneslərinə ciddi şəkildə ziyan dəyən məmurlar son aylarda restoranlarını, mağazalarını və digər biznes obyektlərini bağlamalı olurlar. Prosesin qarşıdakı günlərdə də davam edəcəyi gözlənilir.
Şəxsi bizensində problemlər yaranan məmurlardan biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Qaynar.info-nun əldə etdiyi məlumata görə, komitə sədrinin həyat yoldaşı Minayə İbrahimovaya məxsus olduğu iddia edilən brend mağaza artıq fəaliyyətini dayandırıb.
Bakı Metropoliteninin Sahil stansiyasının yaxınlığında yerləşən brend geyim mağazası olan "VBC"nin qapıları bağlanıb və üzərinə "İcarəyə verilir" sözləri yazılıb.
Nazim İbrahimova yaxın mənbələrin verdiyi məlumata görə, bu komitə sədrinin bağladığı yeganə mağaza deyil. Onun şəhərdəki başqa bir neçə obyekti də böhrana görə fəaliyyətini dayandırmalı olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər