BolgeXeber.Com » Xəbərlər » Bakı Beynəlxalq Avtovağzalında anormal qadağa...

Bakı Beynəlxalq Avtovağzalında anormal qadağa...

15-01-2016, 09:35
Oxunub: 2 605 Bakı Beynəlxalq Avtovağzalında anormal qadağa...Gecə vaxtı yola çıxanlar ancaq Gürcüstan avtobuslarına möhtac qoyulur...

Bakı Beynəlxalq Avtovağzal Kompleksində məntiqsiz qayda tətbiqi ilə bağlı Moderator.az - a əcaib xəbər daxil olub.

Bildirilir ki, 21 dekabr devalvasiyasından sonra qəpiyə güllə atan və onsuz da obrazlı desək, çörəyi daşdan çıxan xeyli sayda vətəndaşımız ailəsinin yanında üzüqara, hökumətə asi duruma düşüb...

Belə ki, axşam saatlarında, konkret olaraq 19.30 - dan sonra Gəncəyə və rayonlara gələn Mersedes "Spirinter" mikroavtobusları icərisində uzağı 10 sərnişin olsa da onları boşaldıb maşınları dayanacağa yollayaraq sərnişin daşımağa icazə olmadığını bildirirlər.

Amma yerə düşürülən sərnişinlər təbii ki, hansı yolla olur-olsun evlərinə getməlidirlər, odur ki, həmin yerdən gecə 2 - yə qədər işləyən Marneuli - Tiflis avtobuslarına möhtac qalaraq Gəncəyə iki dəfə baha qiymətə - 12 manata gəlirlər. Əlləri qoyunlarında qalan qəzəbli "Sprinter" sürücüləri isə Moderator.az vasitəsilə avtovağzal rəhbərliyindən soruşurlar ki, bu ayrı - seçkiliyin səbələrinə aydınlıq gətirsinlər.

Onlar haqlı olaraq soruşurlar ki, əgər gecə sərnişin avtobuslarının yola çıxması qadağandırsa nədən bu məhdudiyyət hər kəsə şamil edilmir, bu azmış kimi Gürcüstan nömrəli avtobuslar hətta gecədən xeyli keçmiş Gəncəyə çatsalar da hələ 3 saat da oradan Azərbaycan - Gürcüstan sərhəddinədək maneəsiz keçib Tiflisə çata bilirlər?

Sürücülər iddia edir ki, belə ögey - doğmalıq xeyli vaxtdır davam edir və son günlər bu qadağa onların əsəblərini tamamilə tarıma çəkdiyindən mətbuat vasitəsilə problemlərinin ictimailəşməsini istəyirlər. Onlar haqlı olaraq bir suala cavab axtarırlar ki, niyə sərnişinlər 6 manata getdiyi yolu məcburiyyət qarşısında qalaraq Gürcüstana məxsus avtobuslarla 12 manata gedirlər və sonradan həmin avtobuslar Gəncədə sərnişinlərini boşaldaraq Tiflisə demək olar ki, boş gedirlər?

Sürücülər bildirir ki, məsələ yaxın günlərdə həllini tapmasa etiraz aksiyasına başlamaq məcburiyyətində qalacaqlar.

Mövzunu diqqətdə saxlayacağıq.