Qiymət artımına görə 7 nəfər həbs olundu
15-01-2016, 12:18
Oxunub: 3 314
"Manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarına qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir"
Bolgexeber.com "Report"-a istinadən xəbər verir ki, bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, 2015-ci ilin dekabrın 29-da İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və Dövlət Xidməti ilə birgə təsdiq edilən tədbirlər planının icrası ilə əlaqədar istehlak bazarında baş verə biləcək süni qiymət artımı, inhisarçılıq və sui-istifadə hallarına qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsitərəfindən zəruri qabaqlayıcı və inzibati, o cümlədən cinayət təqibi tədbirləri həyata keçirilməkdədir: "Belə ki, son 10 gün ərzində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 6 cinayət işi başlanılıb, 7 nəfər şəxs təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".
İdarə rəisi bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əsas vəzifələrindən biri ölkədə aparılan sosial-iqtisadi siyasətə təkan verməkdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər