“20 yanvar milli hüzn və qürur günüdür“ mövzusunda anım tədbiri keçirilib-Bərdədə
15-01-2016, 16:50
Oxunub: 3 651
14 yanvar 2016-ci il tarixdə Bərdə Peşə Liseyində rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və Liseyin şagirdlərinin iştirakı ilə “20 yanvar milli hüzn və qürur günüdür“ mövzusunda anım tədbiri keçirilmişdir
Tədbiri giriş sözü ilə Liseyin direktor müavini Rafiq Alıyev açaraq qonaqları təqdim etdi O, tədbirin məramı barədə söz açaraq, görülən işlərin əhəmiyyətindən danışdı. 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək 20 yanvar hadisələrinin baş vermə səbəblərindən,dövrün tarixi proseslərindən,SSRİ məkanında gedən ictimai-siyasi hadisələrdən, Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından və bundan sonra xalqımızın başına gətirilən bəlalar barədə şagirdlərə geniş və əhatəli məlumat verdi.O,bildirdi ki, xalqımızın başına gətirilən bu bəlaların ifşa olunması və haqq səsinin dünyaya çatdırılması istiqamətində atılan ilk cəsarətli addım məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.Ulu Öndər hadisələrin səhəri günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və xalqımıza dəstək nümayiş etdirdi.Onun 1993 –cü ildə hakimiyyətə yenidən qayıdışından sonra isə “20 yanvar” faciəsinə düzgün siyasi qiymət verildi. Bərdə rayon Gənclər və İdman idarəsinin aparıcısı məsləhətçisi Yusif Musayev çıxış edərək bildirdi ki , xalqımızın başına gətirilən bu faciənin kökündə onun azadlıq arzularının o vaxtkı SSRİ rəhbərliyi tərəfindən boğmaq niyyəti dururdu. Yetişməkdə olan gənc nəslin faciənin əsl səbəbləri barədə məlumatlı olması vacibdir.Dövlətimiz və xalqımız hər zaman Azərbaycanımızın müstəqilliyi və suverenliyi,ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin, o cümlədən “20 yanvar” şəhidlərinin ruhunu əziz tutur və bu yol biz gənclər üçün də bir örnək olmalıdır. Sonda qonaqlar şagirdləri maraqlandıran suallara cavab verdilər .
Bolgexeber.com







Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər