BolgeXeber.Com » Xəbərlər » Bakı Şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Bakı Şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

15-01-2016, 17:39
Oxunub: 2 129 Bakı Şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilibÖtən il Bakıda qeyri-aşkar şəraitdə baş vermiş bir çox cinayətlərin, o cümlədən, qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması təmin edilib

Bolgexeber.com-un məlumatına görə, bu barədə Bakı Şəhər prokurorluğunda bu gün keçirilən geniş əməliyyat müşavirəsində bildirilib.

Müşavirədə qeyd olunub ki, ötən il ərzində prokurorluqda 578, daxili işlər orqanlarında isə 4644 cinayət işinin istintaqının tamamlanması təmin edilib.

Paytaxtın prokurorluq və digər hüquq-mühafizə orqanlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş bir çox cinayətlərin, o cümlədən, qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib, həmçinin qeyd olunan cinayətlərin sayında azalma müşahidə olunub ki, bu da respublikamızda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində görülmüş işlərin müsbət nəticəsi kimi qiymətləndirilib.

Belə ki, Nizami rayonunda Fizuli İskəndərovun, Xəzər rayonunda Xatirə Rzayevanın və Əzizə Həsənovanın, Nərimanov rayonunda Bəxtiyar Əliyevin, Səbail rayonunda isə Tahir Talıbovun qeyri-aşkar şəraitdə qəsdən öldürülmələri cinayətlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar.
Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin narahatçılıq doğuran əsas problemlərdən biri olması şəhər prokuroru tərəfindən xüsusilə vurğulanaraq bildirilib ki, prezident İlham Əliyevin 26 dekabr 2012-ci il tarixdə imzaladığı “Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin layiqincə icrası daim nəzarətdə saxlanılmış, il ərzində xüsusən ölümlə nəticələnən yol nəqliyyat hadisələri Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olub. Bu sahədə həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, ildən ilə paytaxtda baş vermiş həm ölümlə nəticələnən yol nəqliyyat hadisələri və həmin hadisələr nəticəsində ölənlərin sayı, həm də, bağlı qalmış cinayətlərin sayı azalıb. Həmçinin, müşavirədə bu sahədə mövcud olan çatışmazlıqların və yol verilmiş qanun pozuntularının vaxtında aşkar edilib aradan qaldırılması üçün bütün zəruri tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb edilib.