Bakıda “qara bazar” da var, “exchange” də: 1 dollar = 1.70 manat
16-01-2016, 10:14
Oxunub: 4 605
Limit isə 1000 manatdır
Yanvarın 13-dən etibarən Mərkəzi Bankın İdarə Heyətinin təsdiqlədiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”na əsasən “exchange”lər bağlanıb. Bu qərardan sonra bütün banklar filial və şöbələrindən kənarda fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrini bağladı.
Bolgexeber.com musavat.com-a istinadən bildirir ki, bu addımın atılmasında səbəb ölkədə dolların süni şəkildə bahalaşmasının qarşısını almaq idi. Çünki “exchange”lər dollar kursunu öz istədikləri şəkildə müəyyən edə bilirdi. Bu səbəbdən idi ki, bir neçə gün əvvəl dolların valyuta dəyişmə məntəqələrində satış qiyməti 1.90 manatadək yüksəlmişdi. Yanvarın 8-də Mərkəzi Bankın xəbərdarlığından sonra dolların satışı 1.62 manat təşkil etdi. Bununla da dolların satış qiyməti Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən yalnız 4 faiz baha ola bilər.
“Exchange”lər bağlandıqdan sonra banklar qarşısında növbələr yaranıb. Bir çox iri banklar dollar satışından imtina etdiyi üçün dollar satışı həyata keçirən “Kapitalbank”, “Azər Türk Bank” kimi bankların qarşısında növbələr yaranıb.
Banklarda dolların satış qiyməti 1.62-1.63 manat arasında dəyişir. Limit isə 1000 manatdır.
“Qara bazar” isə yenə də öz fəaliyyətindən qalmır. Hazırda daha çox bağlanan valyutadəyişmə məntəqələrinin olduğu yerlərdə əldə dollar satan alverçiləri görmək mümkündür. Onlar dolları 1.70 manatdan alıcılara təklif edirlər.
Dollar alverçiləri əsasən 28 May küçəsində, “Neftçilər” metrostansiyasının çıxışında və Sədərək ticarət mərkəzində olurlar.
Bəzi dollar alverçiləri isə bağlanan “exchange”ləri açaraq öz fəaliyyətlərini davam etdirilər. Bunu gizli şəkildə edənlər də var. Məsələn, 28 May küçəsində qapılarını yarıya qədər açan dollar alverçiləri alış-satış həyata keçirirlər. Onlar əsasən daimi müştəriləri ilə işləməyə çalışırlar.
Bəzi dollar alverçiləri isə “exchange”in qapılarının müştərilərin üzünə taybatay açıb. Məsələn, “Neftçilər”də yerləşən əvvəllər “Kredit Yunayet Bank”a məxsus filial indi işləyir. Lakin bankın adı lentlə bağlanıb. Bu filialda dolların satış qiyməti 1.70 manatdır. Alış qiyməti isə 1.60 manatdır.
Xatırladaq ki, dekabrın 21-dəki devalvasiyadan sonra ölkədə qanunsuz olaraq dollar satışı ilə məşğul olan bir neçə şəxs saxlanılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər