“Tahirin bildiyi milləti aldadıb pul qazanmaqdır”
16-01-2016, 11:27
Oxunub: 3 651
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə Milli Məclisin digər üzvləri Tahir Süleymanov arasında mübahisə dərinləşir
Tərəflər unun və çörəyin qiymətində baş verən dəyişikliklərlə əlaqədar media səhifələrində necə deyərlər, “müharibə” aparırlar.
Fəzail Ağamalı deputat həmkarları Tahir Süleymanovla Əsabil Qasımovun un istehsal edən şirkətlərə sahib olduqlarını xatırladaq, onları qiyməti süni şəkildə qaldırmaqda ittiham edib.
Tahir Süleymanov isə “yaxşı olardı ki, hər kəs bildiyi məsələdən danışsın” deyərək, F.Ağamalını qiymət məsələsindən bixəbər olmaqda qınayıb.
Deputat Fəzail Ağamalı Modern.az-a yeni açıqlamasında həmkarının fikirlərinə bu cür münasibət bildirib:
“Tahir Süleymanova mən gedib Milli Məclisdə deyəcəm ki, unun qiyməti qalxıb, ya qalxmayıb. Bəs unun qiyməti qalxmayıbsa, Siyəzən camaatı nəyə görə ayağa qalxdı? Ümumiyyətlə, Tahir Süleymanovun bildiyi heç bir şey yoxdur. Onun bircə bildiyi şey camaatı, milləti aldadıb pul qazanmaqdır”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər