“AAF Park”-ın mənzillərlə bağlı reklamı araşdırlmalıdır… - ŞİKAYƏT VAR
18-01-2016, 10:25
Oxunub: 3 915
Əgər şirkət tam hazır mənzilləri yeni şərtlərlə satmaq imkanına malikdirsə, o zaman mənzil üçün artıq illərdir ki, pul ödəyən alıcılarını niyə özündən narazı salır?
Son zamanlar mənzil bazarında ciddi durğunluğun yaranması tikinti şirkətlərini alıcı əldə etmək uğrunda mübarizəyə sövq edib.
Bazarda müəyyən payı olan “AAF Park” da bazardakı alıcı potensialını özünə tərəf istiqamətləndirmək üçün şərtlərinin yenilənməsi ilə bağlı məlumatlar yayıb. Gen-bol yayılan reklamlarlarda şərtlərin alıcıların xeyrinə dəyşdirildiyi barədə xəbərlər yer alsa da həqiqətlər tamam fərqlidir. Reklam mətninə baxmaq kifayətdir ki, bu şirkətlə az-çox tanışlığı olan şəxs onun növbəti yalan olduğunu anlasın.
Bizimxeber.az-a məhz AAF Parkdan mənzil almaq üçün pul ödəyən, ancaq hələ də arzuladığı mənzilə qovşa bilməyən onlarla şikayətçidən müraciət daxil olub. Onlar əsasən illərlə pulunu ödədikləri mənizllərin tikintisində yaranan problemlər səbəbi ilə hələ də bina tikintisinin başa çatmadığını bildirirlər.
Görünür köhnə sifarişləri tamamlamaq üçün şirkətə külli mqidarda vəsait tələb olunur. Buna görə də yeni alıcılar cəlb etməklə köhnə alıcılardan baş qaldıran narazılığı ört-basdır etməyə çalışırlar. Şirkətin təklif etdiyi indiki şərtlərin bazardakı real vəziyyətlə uyğunlaşmadığını görmək o qədər də çətin deyil, buna görə də “Sevil” massivinin aqibətini AAF Parkda təkrarlanmayacaını da söyləmək olmaz.
Buna görə də bu qəbildən olan reklamlara dövlət tərəfinfən ciddi nəzarət zəruridir. Məhsulunu satmaq üçün şirkətin hər bir vasitədən istifadə edəcəyi şəksizdir, ancaq bunda son anda aldanan bu dövlətin hüququnu müdafiə etməli olduğu vətəndaşı olacaq. O vətəndaş ki, həm evsiz, həm pulsuz qalacaq və bütün bunlardan sonra narazı təbəqəyə çevriləcək.
Son anda uduzan isə dövlət olacaq. Həmin narazı kəsim (belələrini sayı yüzlərlə, bəlkə də minlərlə olacaq) yenə dövlət qurumlarının qapılarını döyəcək, məhkəmələrə üz tutacaq, hüquqlarını pozulmasına dövlətin səssiz qalmasından, dövlət nəzarətinin yoxluğundan danışacaq, haqlı olaraq şikayətlənəcək.
Əgər şirkət tam hazır mənzilləri yeni şərtlərlə satmaq imkanına malikdirsə, o zaman mənzil üçün artıq illərdir ki, pul ödəyən alıcılarını niyə özündən narazı salır? Həmin mənzillər kimi pul ödənilən mənzillərdə də tikintini başa çatdırıb evləri təqdim etmək olmazmı? İndiki iqtisadi şərtlər daxilində olmaz, amma görünür şirkət yeni daha cəlbedci reklamlarla ölkənin evsiz vətəndaşlarını son ümidini də əlindən almaqda israrlıdır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər