Bərdədə süni qiymət artımı ilə mübarizəyə həsr olunmuş müşavirə keçirilib - FOTO
18-01-2016, 19:24
Oxunub: 3 851
Yanvarın 18-də Bərdədə ziyalıların, ağsaqqalların, sahibkarların, iş adamlarının, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə keçirilən müşavirə keçirilib
Rayon İcra Hakimiyyətindən Bolgexeber.com-a verilən məlumata görə, müşavirədə rayon İH başçısı Vidadi İsayev dünya iqtisadiyyatında yaşanan böhranın Azərbaycandan da təsirsiz keçmədiyini, istehlak bazarının tənzimlənməsi sahəsində Azərbaycan prezidenti tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verib.
İH başçısı rayonda süni qiymət artımının qarşının alınması üçün yaradılmış komissiyaya, rayonun aidiyyatı qurumlarının rəhbərlərinə maarifləndirici tədbirlərin gücləndirilməsi, daxili imkanlar hesabına vaxtaşırı kənd təsərrüfatı məhsulları yarmarkalarının təşkili, ictimai-iaşə, xidmət və topdan satış müəssisələrinin, bazarların fəaliyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.
Açıq dialoq şəraitində keçən müşavirədə çıxış edən “Qarabağ” çörək zavodunun direktoru Füzuli İsmayılov, “Bərdə” çörək zavodunun direktoru Məhərrəm Şəfiyev, rayon prokuroru Fəxrəddin Məmmədov, rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov ölkəni dünya iqtisadi böhranının təsirlərindən qorumaq üçün apardığı uğurlu siyasətə görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər