"Azərsu"da maaş böhranı: Sədr pulları kreditinə ödəyir
19-01-2016, 18:04
Oxunub: 3 733
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin işçiləri iki aydır maaş almır
Bu barədə məlumatı Qaynar.info-ya “Azərsu”nun işçilərdən biri verib
Adının çəkilməsi istəməyən işçinin sözlərinə görə, bir neçə dəfə rəhbərlikdən maaşlarını tələb etsələr də, "büdcədə pul yoxdur" cavabını alıblar.
Məlumatda bildirilir ki, "Azərsu" işçiləri sonuncu dəfə 2015-ci ilin noyabr ayının maaşını alıblar.
İddiaya görə, maaşların gecikdirilməsinə səbəb “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun Beynəlxaq Bankdan götürdüyü kreditlər olub. Belə ki, Qorxmaz Hüseynov Beynəlxaq Bankdan külli miqdarda kredit götürüb, amma indi bunu ödəyə bilmir. Bununla bağlı ona bir neçə dəfə xəbərdarlıq olunub.
İndi isə işçilərin maaşları hesabına problemini həl etmək istəyir. "Azərsu" rəhbəri hətta bir az da irəli gedərək, maaş tələb edən işçiləri ixtisarla hədələyib.
İşçilər yaxın günlərdə maaşlarını ala bilməyəcəkləri təqdirdə, geniş miqyaslı etiraz aksiyalarını başlayacaqlarını deyiblər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər