Bərdədə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi anıldı
20-01-2016, 20:44
Oxunub: 3 610
Sonda “Ölümləri ilə azadlığa yol açanlar” adlı kompozisiya təqdim olundu
20 yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 15 dekabr 2015-ci il tarixli 96 nömrəli Sərəncamının 4-cü bəndinə müvafiq olaraq 20 yanvarın Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə əlaqədar Bərdə rayon Mədəniyyət və Turizm şöbəsi, Bərdə Turizm İnformasiya mərkəzi silsilə tədbirlərin keçirilməsini davam etdirdilər.
Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olan 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimində Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müəssisələri – Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbi, 2,3,4 nömrəli uşaq musiqi məktəbləri, Kətəlparaq, Divanli kənd uşaq musiqi məktəbləri, Tarix Diyarşünaslıq muzeyi, Rəsm Qalareyası, Mərkəzi Kitabxana sistemi, Bərdə rayon Mədəniyyət Mərkəzi və Bərdə Turizm İnformasiya mərkəzinin işçiləri iştirak etdilər. Onlar 20 yanvar faciəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə önündə qərənfillər düzdülər və bir dəqiqəlik sükutla şəhidlərimizin ölməz ruhunu yad etdilər.
Sonda “Ölümləri ilə azadlığa yol açanlar” adlı kompozisiya təqdim olundu.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər