BolgeXeber.Com » Xəbərlər » "Qarabağ" və "Qəbələ" 20 Yanvarda xarici rəqiblərini darmadağın etdi - 4:0
"Qarabağ" və "Qəbələ" 20 Yanvarda xarici rəqiblərini darmadağın etdi - 4:0
21-01-2016, 10:53
Oxunub: 3 374Xəbər verdiyimiz kimi, bu gün klublarımız Antalyada növbəti yoxlama oyununa çıxıblar
Qaynar.info xəbər verir ki, əvvəlcə "Qarabağ" Antalyanın Bələk bölgəsindəki "Riu Kaya" otelinin meydançasında Macarıstanın "Dioşdyör" komandası ilə qarşılaşıb.
Türkiyəli hakimlər - Ərhan Kaya, Ömər Kaya və Okan Sönməzin idarə etdiyi oyunda komandamız zəif rəqibini darmadağın edib - 4:0. Qolları Maksim Medvedev (27), Muarem Muarem (52), Rahid Əmirquliyev (58) və Mahir Mədətov (73) vurub. Onu da qeyd edək ki, bu, yeni transferlərdən Muarem və Rahidin ilk qolları olub.
Cari mövsüm Avropa Liqasının qrup mərhələsində ölkəmizi təmsil etmiş digər klubumuz "Qəbələ" isə 12 dəfə İsveçrə çempionu olmuş "Sürix"lə gücünü sınayıb. Lakin İsveçrə çempionatında yaxşı günlərini yaşamayan "Sürix"i (sondan II yerdədirlər - red.) məğlub etmək "Qəbələ" üçün çətin olmayıb. Belə ki, "Qəbələ" də "Qarabağ" kimi, rəqibini 4:0 hesabı ilə darmadağın edib. Qolları Vadim Abdullayev (22), Aleksey Antonov (73, 75) və Samir Zərgərov (80) vurub.
Yeri gəlmişkən, tanınmış finlandiyalı məşqçi Sami Hyuyupiya bu matçda "Zenit"dən icarəyə götürülmüş Aleksandr Kerjakovu və Sankt-Peterburq doğumlu erməni futbolçu Artyom Simonyanı meydana buraxmayıb. Hər 2 futbolçunun zədəli olduğu deyilir. "Mirakl" otelinin meydançasında keçirilən bu görüşü izləyənlər arasında "İnter"in baş məşqçisi Zaur Svanadze də olub.
"Qəbələ": Dmitri Bezotosnı (Andrey Popoviç) - Arif Daşdəmirov (Ürfan Abbasov), Rafael Santos (Yusif Nəbiyev), Voyislav Stankoviç (Vitali Vernidub), Məhəmməd Mirzəbəyov (Pavel Paşayev) - Vadim Abdullayev (Qismət Alıyev), Aleksey Qay (Rikardinyo) - Rəşad Eyyubov (Rəşad Sadiqov / Roman Hüseynov), Sergey Zenyov (Aleksey Antonov), Dodo (k) (Asif Məmmədov) - Ermin Zets (Samir Zərgərov).
Baş məşqçi: Roman Qriqorçuk
"Sürix": Yanik Brexer (Novem Baumann) - Mayk Klayber, Leonardo Sançes, Alen Nef, Vinisius Freytas - Jil Yapi-Yapo (k), Anto Qrqiç - Sanyone Sarr, Maksim Dominqes (Vasiliye Yanyiçiç), Kevin Bua - Frank Etundi
Baş məşqçi: Sami Hyuyupiya
Qeyd edək ki, hər 2 oyuna komandalarımız qara sarğı ilə çıxıb və 20 Yanvar faciəsində şəhid olanların ruhu 1 dəqiqəlik sükutla yad edilib. Bolgexeber.com