“Təhsil həyata hazırlıq deyil, təhsil həyatın özüdür” -ARAŞDIRMA
21-01-2016, 17:19
Oxunub: 8 156
Ictimai-dövlət xarakterlı idarəetmə modelinə keçidə hazırıqmı?
Deyilənlərə, yazılanlara və bilavastə şahidi olanlara görə Finlandiyada təhsilə nəzarət edən orqanları ləğv ediblər. Başqa zözlə, bu ölkədə təhsilə nəzarət funksiyasını valideynlər həyata keçirir. Bütün normativ sənədlərin onların əlinin altında olması təmin edilib. Nəzarətedici məmurların əməkhaqqını müəllimlərin ehtiyaclarına yönəldiblər. Şagird nailiyyətlərinin attestasiyası yalnız sonuncu siniflərə çamil edilir, o da ki, könüllülük əsasında, yəni ali məktəblərə qəbul olunmaq arzusunda olanlar üçün. Kolleclərə qəbul yalnız müsahibə yolu ilə aparılır və s. Nətcə də ki, göz qabağındadır: məktəblər çiçəklənıb, fin təhsili Avropada ən yaxşı sistemə çevrilib. Maraqlı olduğu qədər, eyni zamanda düşündürücü məsələdir.
Bu misalı niyə çəkdim? Təhsildə dövlət siyasətinin demokratikləşdirmə, humanistləşdirmə kimi prinsiplərinə rəğmən nəyə görə biz təhsilin idarə olunması ilə bağlı hər sahədə özümüzə nə isə bir yersiz əl yeri saxlayırıq? İstər buraxılış imtahanları olsun, istər məzunların ixtisas seçimi olsun, istər müəllimlərin işə qəbulu olsun, istərsə də məktəbə direktorunun təyinatı olsun. Nəyə görə təhsilin yuxarı idarəetmə orqanları özlərindən nisbətən aşağı olan idrəetmə orqanlarına etibar etmirlər? Nəyə görə qanunverciliklə nəzərdə tutulmuş təhsil prosesinin iştirakçıları olan zümrələr hələ də bu prosesin bərabərhüquqlu subyektlərinə çevrilməyiblər? Bu halda “aşağıların” hansı nüfuzundan danışmağına dyər? Suallar çoxdur.
Axı, biz bu mərhələni o qədər də uzaq olmayan bir vaxtlar keçmişik. Bu sahədə tam dolğun olmasa da, kifayət qədər təcrübəmiz var.Ali məktəbləri sevdiyimiz ixtisas üzrə özümüz seçmişik. Məktəblərə müəllimlər məktəbdə yaradılan təşkilat komissiyasnın rəyi əsasında qəbul edilib, məktəb direktorları bu vəzifəyə yerli təhsil orqanlarının təqdimatı əsasında təyin olunub.Heç uzağa getməyək, mən özüm təhsil şöbəsinin müdiri vəzıfəsinə Bakının Nəsimi rayonunun təhsil işçilərinin Konfransı tərəfindən namizədliyimin irəli sürülməsi və rayon təhsil şurasının 11 üzvünün gizli səs verməsi yolu ilə təyin olunmuşdum.
Bütün təhsil şöbələrində və məktəblərdə müvafiq olaraq məktəb rəhbərinə və təhsil şöbəsinin müdirinə alternativ olaraq Təhsil Şuraları fəaliyyət göstərirdi.Tanınmış pedaqoq, professor Əjdər Ağayev Respublika Təhsil Şurasının sədri seçilmişdi. Seçilmiişdi deyəndə Əjdər müəllim hazırda da həmin şuranın sədridir. Lakin, onun yerli qurumlarının fəaliyyəti nə səviyyədədir, bununla maraqlanan varmı və ümumiyyətlə yerli qurumlar fəaliyyət göstərirmi?
Mən öz son müsahibə və yazılarımda dəfələrlə qeyd etmişəm ki, Azərbaycan Respublikası Prezidentinin 10 mart, 1998-ci il tarixli, Sərəncamı ilə yaradılmış, Dövlət Komissiyası tərəfindən hazırlanmış, mərhum ölkə başçısının 15 iyun, 1999-cu il tarixli, 168 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” demokratikləşmə və humanistləşmə baxımından təhsil səlnaməmizin ən mükəmməl və sanballı sənədi idi. Bədnam “Kurikulum” konsepsiyasını 2006- ildə məzmun islahatı adı altında ortalığa atıb, bu “Proqram”ın müddəalarının icrasını tam başa çatdırmamış arxivə göndərilməsini bu günün özündə də heç cür həzm edə bilmirəm.
Həmin “Proqram”da gözlənilən nətıcə kimi birmənalı şəkildə qeyd edilirdi ki, təlim-tərbiyənin məzmunu təhsil alanların imkanlarına uyğun, dövlətin, iictimaiyyətin və şəxsin tələbatı əsasinda qurulacaq.”Təhsilin dinamik inkişafını və yüksək keyfiyyətini, şəxsiyyətin və cəmiyyətin tələbatını təmin edən, dövlət və ictimaiyyətin birgə fəaliyyətininin səmərəli əlaqələndirilməsini tənzimləyən idarəetmə sistemi yaradılacaq.“Proqram”a əsasən təhsil sistemində “dövlət-ictimai” və “ictimai-dövlət” xarakterli yeni idarəetmə modeli yaradılmalı hər iki modeli inkişaf etdirməklə tədricən ictimai-dövlət modelinə keçilməsi nəzərdə tutulurdu.
Kim bilir, bəlkə utopik sosialistlərin nümayəndələrindən biri olan Şarl Furye demiş rəvayətin keçmişə aid etdiyi “qızıl əsr” irəlidədir?
Nadir Israfilov,təhsil eksperti
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər