Prezident: Ümid edirəm ki, neftin qiyməti 60-70 dollar olacaq
22-01-2016, 09:25
Oxunub: 6 741
“Biz 1994-cü ildə böyük neft layihələrinə başlayanda neftin qiyməti 12 dollar idi”
Hesab edirəm ki, neftin qiyməti daha 2-3 dollar düşəcək. Lakin ilin ikinci yarısında bazar inkişaf edəcək.
Bolgexeber.com-un APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu çərçivəsində keçirilən “The new energy equation” panelində çıxışında deyib.
Dövlət başçısının sözlərinə görə, neftin qiyməti ilə bağlı vəziyyət dövri xarakter daşıyır:
“Mən xatırlayıram ki, biz 1994-cü ildə böyük neft layihələrinə başlayanda neftin qiyməti 12 dollar idi. İnkişaf layihələri hazırlayanda neftin qiymətinin 22 dollar olacağına ümid edirdik. İndi qiymət həmin rəqəmə yaxınlaşır. Ümid edirəm ki, bazar stabilləşəcək. Çünki neft sektoru investisiyaya ehtiyac duyur.
Aydındır ki, neftin qiyməti qalxacaq. Proqnoz vermək istəmirəm, amma ümid edirəm ki, gələn il neftin qiyməti 60-70 dollar olacaq. Bu ilin ikinci yarısının isə stabilləşmə dövrü olacağına ümidvaram”.
Prezident qeyd edib ki, OPEC üzvləri və böyük qeyri-OPEC istehsalçıları arasında neft istehsalının azaldılması ilə bağlı koordinasiya olarsa, bir nəticə əldə edə bilərik.
“Təəssüf ki, OPEC-in hər toplantısından sonra neftin qiyməti düşür. Ona görə də biz növbəti OPEC görüşündən narahatıq. Əgər bir razılaşma və koordinasiya olmasa, bu vəziyyət davam edəcək”.
Dövlət başçısı bildirib ki, hər gün neftin yeni qiymətlərinin qeydə alınması həm psixoloji, həm dövlət büdcəsini balanslaşdırmaq, həm də neft-qaz sahəsinə investisiya cəlb etmək baxımından yorucudur.
“Dövlətlə şirkətlər arasında olan fərq budur. Biz sosial, sənaye infrastrukturuna, neft-qaz sahəsinə investisiya yatırmaq üçün istehsalın səviyyəsini eyni saxlamalıyıq. Bu, çox da uyğun vəziyyət olmasa da, Azərbaycan üçün islahatlara başlamaq baxımından yaxşı vaxtdır. Biz iqtisadi, maliyyə sahələrində, ixrac yönümlü qeyri neft sektorunun inkişafı istiqamətində fundamental islahatlara başlamışıq. Neft faktoru barədə düşünməməyə çalışırıq”, - deyə o bildirib.
Prezident İlham Əliyev Azərbaycanın mövcud vəziyyətin öhdəsindən gələ biləcəyini də diqqətə çatdırıb: "Azərbaycanda iqtisadi vəziyyət stabildir. Xarici borcumuz ÜDM-in 12%-ni təşkil edir. Xarici valyuta ehtiyatlarımız təxminən ÜDM-lə eyni səviyyədədir. Əminəm ki, biz böhranı idarə edə biləcəyik. Ancaq biz əlbəttə ki, növbəti illər büdcəmizi müəyyənləşdirmək üçün proqnozlaşdırıla bilən gələcək istərdik”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər