"Bank of Baku" müştəriləri aldadır? - Şikayət
22-01-2016, 11:07
Oxunub: 4 497
"İndi devalvasiya olub deyə dollar satışını necə dayandıra bilərlər? "
"Bank of Baku - Sizə Yaxın Bankçılıq"la bağlı Qaynar.info-ya növbəti şikayət məktubu daxil olub.
Bolgexeber.com-un məlumatına görə, Pərviz Əzimov adlı marketoloq bu haqda bildirib. O, deyir ki, xeyli zamandır "Bank of Baku - Sizə Yaxın Bankçılıq"ın debet kartından istifadə edirəm: "Bu kart vasitəsi ilə "Google Adwors" və "Facebook ads" kimi işlərin ödənişini edirəm.
Bu gün banka yazmışam ki, dollar hesablı kartıma AZN ilə 1000 dollar ekvivalentində pul qoymaq istəyirəm, hansı məzənnə ilə hesablanacaq? Operator xanım deyir ki, ümumiyyətlə dollar hesabına ancaq dollar ilə pul qoya bilərsiz."
Pərviz Əzimovun sözlərinə görə, bu vaxta qədər karta pulu AZN ilə qoyurdum, bank konvertasiya edirdi: "İndi devalvasiya olub deyə dollar satışını necə dayandıra bilərlər? Rafiq Aliyev və Rza Zərrab kimi adamlar gəlib bank açır, sonra da kefi olmayanda deyir dollarla satışı dayandırıram. Elçin İsayevə buna görə güclü Bankir deyirdilər? Belə qərarlar verir deyə? Devalvasiya dövrü üçün bankın risk departamentinin heçmi plan analizi olmayıb?
Müştərini belə pis vəziyyətdə qoymaqmı olar? Bu mənim işimdir, Facebook-a, Google-ə ödənişlər etməklə məvaciblər alıram, şirkətlərin digital işlərini görürəm, indi bir bank necə məni işsiz qoya bilər?
Heç kartı açanda demirdi devalvsiya olsa ödənişi qəbul etməyəcəyik."
"Bank of Baku"dan şikayətə rəsmi cavab öyrənmək istəsək də bu baş tutmadı. Qarşı tərəfi dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər