Füzulililər Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirirlər - FOTO
22-01-2016, 12:56
Oxunub: 3 309
Onun üçün Azərbaycan sevgisi, insan sevgisi birincidir!
Prezident cənab İlham Əliyevin əmək haqlarının, pensiyaların, Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin təqaüdlərin, həmçinin məcburi köçkünlərə dövlət tərəfindən verilən yeməkxərci müavinətinin artırılması barədə imzaladığı Fərman və Sərəncamlar bütün respublikada olduğu kimi, cəbhə bölgəsində yerləşən füzulili məcburi köçkünlərin də sevincinə səbəb olub. Füzulililər ölkə başçısının şəhid və Milli Qəhrəman ailələrinin, məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların həyat şəraitinin daha da yüksəldilməsi ilə bağlı verdiyi Sərəncamı yüksək qiymətləndirir, buna görə minnətdarlıqlarını bildirirlər.
Qeyd edirlər ki, Prezident cənab İlham Əliyevin gərgin və yorulmaz fəaliyyəti, apardığı ardıcıl və məqsədyönlü siyasət sayəsində xalqımızın rifahı gündən-günə yaxşılaşır. Milli Qəhrəman və şəhid ailələrinin, Qarabag müharibəsi əlillərinin, imtiyazlı ailələrin, məcburi köçkünlərin mütəmadi olaraq əmək haqlarının, pensiyaların və yeməkxərci müavinətlərinin artırılması xalqımıza olan yüksək qayğı və diqqətinin nəticəsidir.
Bolgexeber.com-a daxil olan xəbərdə deyilir ki, bütün Azərbaycan xalqı kimi Füzuli rayonundan olan məcburi köçkünlər də Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək, onu sevir, ona inanır və dəstəkləyirlər. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük nailiyyətlərlə fəxr edir, qürur hissi keçirirlər. Füzulililər fəxr edirlər ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət, insana sevgi və sabaha ümid dayanır. Onun üçün Azərbaycan sevgisi, insan sevgisi birincidir!









Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər