Türk kişiləri evliliklə aldadan azərbaycanlı qadın tutuldu - FOTO
22-01-2016, 14:50
Oxunub: 4 221
Türkiyədə vətəndaşları evlilik vədi ilə aldadan azərbaycanalı qadın yaxalanıb
Anspress-in məlumatına görə, hadisə Amasyanın Merzifon rayonunda baş verib. Qadın bu əməlinə görə axtarışda olsa da, təsadüfən yaxalanıb.
Polislər adi reyd zamanı yoldan keçən maşınlardan birini saxlayıblar. Avtomobildə 49 yaşlı sürücüdən başqa 33 yaşlı azərbaycanlı Gülnarə H. da olub. Onların sənədlərini yoxlayan polis qadının vəsiqəsinin saxta olduğunu görüb.
Araşdırma zamanı bəlli olub ki, Gülnarə bir neçə il öncə adıçəkilən rayonda bir nəfəri evlilik vədi ilə aldadıb və 20 min lirə (təqribən 10 min manat) pulunu alaraq qaçıb.
Hüquq-mühafizə orqanları qadının maşınında olduğu sürücünü də aldatmağa çalışdığını deyiblər. Azərbaycanlı qadın bunun müqabilində qarşı tərəfdən 16 min lirə (8 min manat) tələb edib. Pulun yarısını nəğd alıb, qalanını isə toydan sonra almaq barədə razılaşıblar.
Gülnarə H. məhkəmənin qərarı ilə həbs edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər