Bərdə Mədəniyyət və Turizm şöbəsinin şura iclası keçirilmişdir-FOTO
23-01-2016, 19:26
Oxunub: 11 826
23 yanvar 2016-cı ildə Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin şura iclası keçirilmişdir
Şura iclasında 2015-ci ilin yekunu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 21 dekabr 2015-ci il tarixli, 11/5 nömrəli kollegiyasının qərarlarından irəli gələn vəzifələrin 2016-cı ildə icra edilməsinin təmin edilməsi müzakirə edilmişdir. Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev Nazirliyin kollegiyasının qərarlarından irəli gələn vəzifələri direktorların nəzərinə geniş şəkildə çatdırmış və uşaq musiqi və incəsənət məktəblərində olan nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılmasını, məktəbdə yüksək nizam intizama, təlim- tərbiyəyə, müəllim-şagird, müəllim-valideyin arasında olan münasibətlərin yüksək səviyyədə qurulmasına, kollektivdə sağlam mühitin yaradılmasının təmin edilməsini bir vəzifə olaraq müəssisə rəhbərlərinə tapşırdı. İclasda hərbi vətənpərvərliklə bağlı görülmüş işlər, o cümlədən rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Qarabağ” xalq çalğı alətləri ansambılının, şəhər 1 və 4 nömrəli uşaq incəsənət məktəblərinin, şəhər 2 və 3 nömrəli uşaq musiqi məktəblərinin, Kolayır, Kətəlparaq, Divanlı kənd uşaq musiqi məktəblərinin özfəaliyyət kollektivləri, incəsənət ustaları yeni il, Novruz bayramı, Respublika günü, Milli Qurtuluş günü, Silahlı Qüvvələr günü, Dövlət Müstəqilliyi günü, Dövlət bayrağı günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə maraqlı və rəngarəng konsert proqramı ilə çıxış etdiyi vurğulanmışdır. Şuranın iclasında digər məsələlərə də toxunulmuşdur ki, Nazirlik tərəfindən təşkil olunmuş müsabiqə və festivallarda məktəblərin istedadlı şagirdlərinin fəal çıxış edərək Fərxri Fərman, Diplomlarla təltif olunması nəzərə çatdırılmışdır. 2016-cı ildə ölkə prezidentinin fərman və sərəncamlarını əldə rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmr və göstərişlərinin yerinə yetirilməsinin təmin edilməsi, Mədəniyyət və Turizm Nazirliyinin tərəfindən təşkil olunmuş müsabiqələrdə daha yüksək naliyyətlər əldə edilməsi bir vəzifə olaraq məktəb rəhbərlərinin nəzərinə çatdırıldı.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər