BolgeXeber.Com » Xəbərlər » Zakir Qaralov vətəndaşları qəbul edəcək - Xızıda

Zakir Qaralov vətəndaşları qəbul edəcək - Xızıda

25-01-2016, 10:24
Oxunub: 3 467 Zakir Qaralov vətəndaşları qəbul edəcək - XızıdaSumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarında yaşayan vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il yanvarın 29-da saat 11:00-da Xızı rayon prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Baş prokurorluqdanBolgexeber.com-a verilən məlumatda deyilir ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xızı şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.