Rektorun 500 minlik yalanı necə faş oldu?
25-01-2016, 14:49
Oxunub: 3 270
Bakıda universitetdən oğurlanan 500 min manat pulun kimin otağından aparıldığı məlum olub
Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, içərisində 500 min manat olan seyf Odlar Yurdu Universitetinin prorektoru Munir Vəliyevin xidməti otağından oğurlanıb.
Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, M. Vəliyev Odlar Yurdu Universitetinin rektoru, deputat Əhməd Vəliyevin oğludur.
Ə. Vəliyev APA-ya açıqlamasında faktı təsdiqləyib. O qeyd edib ki, oğurlanan pullar universitetin kollektivinin maaşının verilməsi üçün bankdan götürülən vəsait olub. "Hadisəni törədənlərin hamısı məlumdır, artıq tutulanlar da var", - deyə rektor qeyd edib.
Maraqlıdır ki, rektor ötən həftə Axar.az açıqlamasında oğurluq faktını bütünlüklə danmışdı: "Bir təhsil müəssisəsində 700 min manat necə ola bilər? Məgər kassirəm? Tamamilə yalan məlumat yayıblar. Özü də otağım elə bir mərtəbədə yerləşir ki, oğrunun ora daxil olması qeyri-mümkündür."
Ə.Vəliyev il ərzində toplanan təhsil haqlarının ancaq 700 min manatı keçə bildiyini qeyd edib: “İndiki iqtisadi vəziyyətdə ali məktəbdə bu qədər pul olması mümkün deyil. Bu saat banklardan kredit götürüb maaşları ödəyirik. Tələbələrin cəmi 20-30 faizi təhsil haqlarını ödəyə bilib.
Nə zavodumuz, nə fabrikimiz var. Belə vəziyyətdə universitetdə 700 min manat nə gəzir? Hətta belə bir oğurluq faktı olsa belə, bu cinayəti edən yaşaya bilməz. Çünki banklardan kredit götürüb maaşları veririk, tələbələr təhsil haqqını ödəyə bilmir və o pulu yemək olmaz. Tələbələri də başa düşürəm.
Valideynlərlə də görüşüm olub və təhsil haqlarının artırılmayacağını demişəm. Eyni zamanda, müəllimləri də ixtisar etməmişik. Bu gün yaranan iqtisadi şəraitdə müəllimi ixtisar etmək onu öldürməkdir”.
Deputat bildirib ki, seyfindən pul oğurlanması xəbərini yayanlar onu sevməyənlər ola bilər: “Dünyanın heç bir dövlətində mətbuat bu xəbərləri dəqiqləşdirmədən yaymır. Kimisə sevməmək olar, amma bir təhsil müəssisəsini nüfuzdan salmaq doğru deyil.
Bu universitet tələbələrin, valideynlərindir. Rəhmətlik Heydər Əliyevin xeyir-duası ilə bu ali məktəbi təsis etmişəm və indi 70 yaşımda da işləyirəm, təhsil üçün hamballıq edirəm”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər