BolgeXeber.Com » Xəbərlər » Baş prokurorluq "Qağayı" istirahət bazasında fəhlə ölümünə görə AÇIQLAMA YAYDI(VİDEO)

Baş prokurorluq "Qağayı" istirahət bazasında fəhlə ölümünə görə AÇIQLAMA YAYDI(VİDEO)

25-01-2016, 16:10
Oxunub: 3 935 Baş prokurorluq "Qağayı" istirahət bazasında fəhlə ölümünə görə AÇIQLAMA YAYDI(VİDEO)Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib

Bakı şəhər prokurorluğu “Qağayı” istirahət bazasının ərazisində baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə, yanvarın 23-də saat 14 radələrində paytaxtın Bilgəh qəsəbəsində yerləşən “Qağayı” istirahət bazasının ərazisində demontaj işlərinin həyata keçirilməsi zamanı dəmir borunun həmin vaxt orada olan 1970-ci il təvəllüdlü, Füzuli rayon sakini Səfəralı Səfərovun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.