Kombinat direktorunu sevgilisi öldürüb - Təfərrüat
26-01-2016, 12:53
Oxunub: 3 709
Bakıda taxıl kombinatının direktorunu qətlə yetirən şəxslərin adları məlum olub
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Hövsan qəsəbəsində 1963-cü il təvəllüdlü Bağırov Qabil Arif oğlunu qətlə yetirən şəxslərin Həsənov Ehtiram Hətəm oğlu, Hüseynova Mahnurə Heydərəli qızı və Əliyev Mübariz Soltanəli oğlu olması müəyyən edilib.
Məlum olub ki, Hövsan qəsəbəsindəki evdə tək yaşıyan Q.Bağırovun M.Hüseynova ilə münasibəti olıub və qadının onun evinə gediş-gəlişi olub. Daha sonra M.Hüseynova tanışları ilə birgə plan quraraq Q.Bağırovu yaşadığı evdə qətlə yetirib.
O da məlum olub ki, hadisə tamah məqsədi ilə törədilib. Lakin cinayətkar qrup evdən planlaşdırdığı məbləğdə pul apara bilməyib. Çünki Q.Bağırov hadisədən əvvəl evdəki pullarını apararaq iş yerindəki seyfə yerləşdiribmiş.
Qeyd edək ki, yanvarın 8-də Q.Bağırov yaşadığı evdə boxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Meyit müayinə olunarkən onun boğazında boğulmaya xas əlamətlər də aşkarlanıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər