BolgeXeber.Com » Xəbərlər » Sabirabad sakinləri prezidentə müraciət etdilər - «Donuruq»

Sabirabad sakinləri prezidentə müraciət etdilər - «Donuruq»

26-01-2016, 16:28
Oxunub: 3 564 Sabirabad sakinləri prezidentə müraciət etdilər - «Donuruq»Sabirabad sakinləri dövlət başçısı Cənab İlham Əliyevə mətbuat vasitəsilə müraciət ünvanlayıblar

Rayonun ən böyük yaşayış massivlərindən biri olan Cavad, Əlicanlı, Həsənli kəndlərinin sakinləri prezidentə müraciət edərək yerli məmurların səhlənkarlığından şikayət ediblər. GUNDEMİNFO.AZ-a müraciət edən vətəndaşlar bildiriblər ki, dekabr ayının 2-də Cavad kəndində icra başçısının birinci müavini Həsən Həsənovun iştirakı ilə təntənəli açılış mərasimi olub.

«Cənab prezident sizin diqqət və qayğınız və regionlara göstərdiyiniz xüsusi diqqətiniz nəticəsində kəndlərimizdə qazlaşdırma prossesi başa çatıb. Bizim kəndlərin qazlaşdırılması prossesi ilə bağlı aparılan işlərdə əhali olaraq əlimizdən gələn köməyi göstərmişik. Kəndlərarası boruların çəkilməsi, hətta məhələlər və evlərə qaz çəkilişi zamanı işləyən podratçı şirkətlərə təmənnasız olaraq əlimizdən gələni etmişik. Kəndlərdə aparılan qazlaşdırma işləri zamanı ilə bağlı olaraq əhali böyük sevinc və rəğbətlə böyük təşəbbüs göstərilib. Əhali sizin regionlara göstərdiyiniz diqqəti hörmət və ehtiramla qarşılayaraq sizə dərin təşəkkürünü bildirir. Lakin qazlaşma prosesi ilə bağlı olaraq mənzillərə boruların çəkilməsi, sayğacların quraşdırılması prosesi başa çatıb. Hətta kəndlər arasında borularda qaz var. Lakin nədənsə «Azəriqaz»ın yerli rəhbərliyi məsuliyyətsizlik edərək evlərə qaz verilməsi üçün kiçik prosedurları həyata keçirməkdən yayınır. Və bu soyuq havada biz elektrik enerjisinin kəsilməsi nəticəsindən soyuqdan donuruq.

Cənab Prezident sizdən xahiş edirik ki, yerli məmurlara yaşadığımız bu ağır durumla bağlı göstəriş verəsiniz. Biz sizin regionların inkişafına, kənd rayonlarında əhalinin sosial rifahının yaxşılaşdırılmasına bgyük qayğı və diqqətlə yanaşdığınızı alqışlayırıq. Hər zaman sizin dəstəkçiniz olaraq əlimizdən gələni edirik. Sizdən xahiş edirik ki, bu soyuq qış aylarında bizim mənzillərimizə mavi qaz verilməsi işlərinin sürətləndirilməsi barədə tapşırıq verəsiniz» deyə GUNDEMİNFO.AZ-a daxil olan müraciətdə bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Sabirabad rayonun Cavad kəndinin bir qrup sakini Rayon İcra Hakimiyyətində şikayətçi olublar. Nəticədə şikayət edən sakinlərin mənzillərinə mavi qaz verilib. Lakin söhbət bir qrup adamdan gedir. Hər halda vətəndaşların istifadə etdikləri mavi qaza görə ödəniş etmək istəmələri və bununla bağlı olaraq yerli məmurlara müraciətlərinin nəfər-nəfər həll edilməsi başa düşqülən deyil. Güman edirik ki, ən qısa zamanda sakinlər problemin həll edildiyinin şahidi olacaqlar.

Mövzu diqqətimizdədir.
Bolgexeber.com
Sabirabad sakinləri prezidentə müraciət etdilər - «Donuruq»
Sabirabad sakinləri prezidentə müraciət etdilər - «Donuruq»