BolgeXeber.Com » Xəbərlər » Mustafa Babanlı narazılığa səbəb olur... - ŞİKAYƏT VAR

Mustafa Babanlı narazılığa səbəb olur... - ŞİKAYƏT VAR

27-01-2016, 11:50
Oxunub: 2 881 Mustafa Babanlı narazılığa səbəb olur... - ŞİKAYƏT VAR“Azərbaycan Dövlət Akademiyasının adı dəyişdirilib Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırıldıqdan və Mustafa Babanlı bura rektor təyin ediləndən sonra keçmiş rektora və yaxınlarına rəhmət oxuyuruq”.

JAM.AZ xəbər verir ki, bunu universitetin bir qrup tələbəsi adından Ziya Orucov yazıb.

O qeyd edib ki, hazırda payız-qış imtahan sessiyasında tələbələrə qarşı geniş haqsızlıq kampaniyasına start verilib. “Universitetdə rüşvət alınmır, rüşvət yoxdur və s. kimi görüntü yaratmağa çalışan M.Babanlı imtahanlarda tələbələri kütləvi qaydada kəsməyə start verib. Çünki imtanadan kəsilən tələbə bir fənn üçün təhsil ocağına azı 150 manat köçürməklə, yay imtahanlarına kimi təqaüddən məhrum edilir. Semestr boyunca doğru-düzgün təhsil verə bilməyən müəllimlər indi tələbələrdən nəticə gözləyir. Universitetdə dərs deyən müəllimlərin təqribən yarısı yaşı 65-i keçən pensiyaçılardır”.

Ziya Orucov yazır ki, yaşlarının çox olmasından artıq səbr və enerjiləri tükənmiş qoca müəllimlərin kaprizlərinə dözmək mümkün deyil. “Həmin bu qocalar da imtahan gedişatına tələbələri qəsdən imtandan yayındırmaq üçün müxtəlif yollara qanunsuzluqlar edirlər. Vaxt tamam olmadan imtahan vərəqələrini tələbədən bizdən tələb edirlər. Tələbələrə qarşı ən böyük haqsızlıq və sözün əsil mənasında özbaşınalıq edən universitetin prorektorlarıdır. İmtahan gedişatında oğlan, qız fərq qoymadan tələbələrin ciblərini etikadan kənar qaydada yoxlayırlar. Biz özümüzü imtahanda yox, polis bölməsində hiss edirik. İmtahan nəticələri obyekiv hesablanmır. Universitetdə şəffavlığın təmin edilməsi, rüşvətxorluğa, özbaşınalığa son qoyulmasını yeganə yolu imtahanların əksər ali məktəblərdə kimi test üsulu ilə keçirilməsidir. Nədənsə yeni rektor şəffaf test üsulunu tətbiq etmir”.

Redaksiyamıza müraciət edən tələbə bildirib ki, onlar artıq baş verənlərdən beziblər və bu səbəbdən də dövlət başçısından kömək istəyirlər. “Belə davam edərsə, biz də aksiya keçirmək məcburiyyətində qalacağıq. Ümid edirik ki, dövlət başçısı məsələ ilə bağlı qəti göstəriş verəcək”.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com