Bu vicdansızlığa dur deyən tapılacaqmı? (FOTOLAR)
27-01-2016, 15:26
Oxunub: 3 655
Hər il ölkəyə qar yağanda təkrarlanan problemlərdən biri də yaşlı qadınların küçələri təmizləməsidir
Bu il də Bakının müxtəlif yerlərində qar təmizləyən xanımların fotoları sosial şəbəkədə paylaşılaraq müzakirələrə səbəb oldu.
İstifadəçilər şaxtalı havada qadınları işlətdiyinə görə əsas 2 qurumu ittiham ediblər: "Azəryolservis" ASC və Şəhər İcra Hakimiyyətləri. Hər iki qurumun nümayəndələri çıxışlarında qış fəslinə kifayət qədər texnika, maşın-mexanizmlərinin ayrıldığını bildirir, görüntülər isə...
Paytaxt ərazisində yolların qardan təmizlənməsinə qadınların cəlb edilməsi ilə bağlı iddialara ilk cavab verən "Azəryolservis" olub. Qurumun mətbuat katibi Anar Nəcəfli "Azəryolservis” işçi qüvvəsi kimi qadınlardan istifadə etmədiyini bəyan edib:
"Bəzi xəbər saytları yolları qardan təmizləyən qadınların şəkillərini paylaşaraq heç bir aydınlaşdırma aparmadan nədənsə "Azəryolservis" ASC-nin yolların qardan təmizlənməsi üçün ayrılan texnika, maşın-mexanizmlərin sayı ilə bağlı yaydığı statistik məlumatları müqayisə edirlər. Bir daha deyirəm ki, "Azəryolservis" ASC-nin balansında olduğu yolların qardan təmizlənməsi üçün kifayət qədər texnikası və kişi işçisi var. Yolların qardan təmizlənməsi üçün "Azəryolservis" ASC işçi qüvvəsi olaraq qadınlardan istifadə etmir!”
Sözügedən qadınlar qar tamizləyən zaman fəaliyyət göstərdikləri MTK-nın adı yazılmış gödəkcələri geyinir. MTK-lar isə bu barədə danışmaq istəmədilər.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər