İsa Əzizov məhkəməyə çıxarıldı: “Peşimanam, içkiliydim
28-01-2016, 17:15
Oxunub: 4 533
Bakı Apellyasiya Məhkəməsində general Məhərrəm Əliyevin qohumu İsa Əzizovla bağlı məhkəmə prosesinin təfərrüatları məlum olub
Əməkdaşlarımız xəbər verir ki, İsa Əzizovun Bakıda olduğu təsdiqlənib və o məhkəmə qarşısına çıxarılıb.
Hakimin “törətdiyin əmələ görə özünüzü təqsirli bilirsinizmi?” sualına İsa Əzizov “bəli” cavab verib. Prosesi izləyən əməkdaşımız xəbər verir ki, İsa Əzizov yanacaqdoldurma məntəqəsinin işçisini döyərkən içkili olduğunu deyib və bildirib: “Gərək o da məni başa düşəydi”.
İ.Əzizov deyib ki, İqtisad Universitetində oxuduğu üçün barəsində çıxarılan 30 sutkalıq inzibati həbs qərarının dəyişdirilməsini xahiş edir.
Hakim İ.Əzizovun barəsində anket məlumatlarını dəqiqləşdirərkən məlum olub ki, o, 1992-ci ildə Şərur rayonunda anadan olub. Bakıxanov qəsəbəsində yaşayır. Bir neçə il öncə quldurluq cinayəti törətdiyi üçün həbs olunub. Barəsində 3 il 6 ay həbs cəzası çıxarılıb. Lakin cəmi 3 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.
Hakim İ.Əzizovun apelyasiya şikayəti ilə bağlı qərar çıxarmaq üçün müşavirəyə yollananda əməkdaşımız fürsətdən istifadə edərək generalın qalmaqallı qohumu ilə ünsiyyət qura bilib. İsa Əzizovdan az əvvəl onun Meksikada olduğunu göstərən foto haqda soruşub. İ.Əzizov isə cavabında deyib ki, ömründə heç vaxt Meksikada olmayıb.
Hakim müşavirədən sonra qərarı elan edib və İ.Əzizovun barəsində çıxarılmış inzibati həbs qərarını qüvvədə saxlayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər