“Dollar krediti ilə bağlı niyə güzəşt olmalıdır ki?” - Nazirdən bəd açıqlama
28-01-2016, 19:00
Oxunub: 4 140
"Dollar krediti ilə bağlı nəyə görə kiməsə güzəşt edilməlidir?"
Bu sözləri maliyyə naziri Samir Şərifov "Qafqazinfo"nun əməkdaşının "Hökumət 5000 dollara qədər olan kreditlərə güzəşt edə bilərmi?" sualına cavab verərkən deyib.
Nazir bildirib ki, bu bir qrupa edilsə, sabah başqa qrup da deyəcək onlara da güzəşt olunsun:
"Bizdə olan məlumata görə, kredit götürənlər gözləmə mövqeyindədir ki, güzəşt olacaq. Buna görə ödəmir.
Digər tərəfdən hər bir kəs kredit götürərkən hansı valyuta götürdüyünü bilir. Banklar xeyriyyə təşkilatı deyil. Onlar bir tərəfdən kredit verirsə, digər tərəfdən sizdən əmanət alır. Dövlət kompensasiya məsələsində əhaliyə sosial yardımlar verir. Həm də qeyd olunan məbləğ çox böyükdür. Dövlət niyə bankla müştəri arasına girməlidir? Vaxtilə yüksək faizlə kredit verəndə, gəlir əldə edəndə heç dövlət yada düşmürdü. Banklar öz müştəriləri ilə bağlı məsələni öz aralarında həll etsin. Faizlərdən azaltsın, ödəniş müddətini uzatsın və s. Bu məsələdə Mərkəzi Bank da banklara güzəşt edə bilər".
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər