“Texnika Bank” da bağlandı - Açıqlama
29-01-2016, 13:15
Oxunub: 8 705
Azərbaycanda daha bir bankın lisenziyası ləğv olunub
"Qafqazinfo"ya daxil olan məlumata görə, Mərkəzi Bankın ötən gün keçirilən iclasında “Texnika Bank”ın lisenziyasının ləğv olunması ilə bağlı qərar qəbul edilib və gün ərzində AMB-nin rəsmi qərarı açıqlanacaq.
“Texnika Bank” Müşahidə Şurasının sədri Etibar Əliyev açıqlamasında bildirib ki, dövlət orqanlarının qərarı nə olacaqsa, ona hörmətlə yanaşacağıq: “Bir müddət əvvəl bankın dirçəldilməsi ilə bağlı qərara necə hörmətlə yanaşmışdıqsa, bu dəfə elə olacaq. Amma bankın lisenziyasının ləğv edilməsi barədə məlumatım yoxdur. Rəsmi qurumun qərarını gözləmək lazımdır”.
***
Artıq bankın əməkdaşlarına lisenziyanın ləğv olunması ilə bağlı məlumat verilib.
Xatırladaq ki, banka bir müddət Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev rəhbərlik etmişdi və adı dəyişdirilərək "Bank Technique" adlandırılmışdı. Ötən ilin oktyabr ayında isə Etibar Əliyev yenidən bankın rəhbərliyinə gətirilmişdi. Ona bankı defolt vəziyyətdən çıxarmaq həvalə olunmuşdu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər