BolgeXeber.Com » Xəbərlər » Böhran həbsləri başlayır: Sabirabad maliyyəsinin müdiri ilk hədəfdir - Gülüşovun gülüş vaxtı bitdi...
Böhran həbsləri başlayır: Sabirabad maliyyəsinin müdiri ilk hədəfdir - Gülüşovun gülüş vaxtı bitdi...
30-01-2016, 12:36
Oxunub: 4 255
İndi Gülüşovun gülmə yox, hesabvermə zamanıdır
Hökumətin bu böhran dövründə bir sıra məmurları cəzalandıracağı şübhəsiz idi. Yəni gözlənilirdi. Gözlənilirdi ki, bu günə kimi dövlət büdcəsinə xəyanət edən məmurlar cəzalandırılsın.
DİA.AZ-a mötəbər mənbələrdən daxil olan informasiyaya görə, artıq ilk qurbanlardan biri hazırdır. Mənbə iddia edir ki, hazırda Sabirabad rayon maliyyə şöbəsinin fəaliyyəti ciddi şəkildə təftişolunur.
Mənbənin söylədikləri: "Sabirabad rayon maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşov bu gün tam bir oliqarxdır, -desək yanılmarıq. Adam rayonda onlarla obyektin sahibidir. Nəyin hesabına? Təbii ki, Sabirabad rayonuna ayrılan dövlət pullarının... İndi isə Gülüşovun gülmə yox, hesabvermə zamanıdır. Yəni yediklərinin dövlətə izahatını vermək zorundadır".
Mənbə bildirir ki, birbaşa olaraq "yuxarıların" nəzarətində olan bu proses nəticəsində Gülüşovun illər ərzində 2 milyon manata yaxın büdcə vəsaitini şəxsən taladığı məlum olub. Mənbə dia.az-a bildirir: "Bu, hələ tam olaraq ifşa olunan məbləğ deyil və "yuxarılar" ciddi təftiş işi həyata keçirirlər".
Qaynaq onu da bildirir ki, bu araşdırma bitincə Gülüşovun həbsi belə gündəmə gələ bilər.
Onu da qeyd edək ki, belə bir "geniş imkanlara" malik olan Sabirabad maliyyəsinin müdiri hər zaman qorunub. Belə ki, onun tələbə yoldaşlarından birinin hazırda mühüm vəzifə daşıdığı söylənilir və qeyd olunur ki, büdcə pullarını dədə malı kimi talayan Gülüşov də məhz tələbə yoldaşına güvənib.
Qarşı tərəfi də dinləməyə hazırıq... Əlavə bilgilərimiz olacaq. Bizi izləyin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər