Nazir oğlunun Londondakı bahalı mülkü
30-01-2016, 14:14
Oxunub: 4 003
“Nə üçün ziyaların, anarların oğurladıqları pulların pulların bədəlini ödəməlidir…”
“Bu günlərdə daha bir dəhşətli məlumatla rastlaşdım.
Belə ki, 2009-cu ildə Londonun ən bahalı hissəsində 1.15 milyard funt sterlinq (təxminən 1.7 milyard ABŞ dolları) dəyərində dünyaca məşhur ”One Hyde Park” dəbdəbəli yaşayış kompleksi inşa edilib. Həmin kompleksdə olan ən ucuz mənzilin dəyəri 20 milyon funt sterlinqdən (29 milyon ABŞ dolları) başlayır. Mənzil sahibləri arasında Ukraynanın ən varlı adamı sayılan Rinat Axmetov, Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev, ərəb şeyxləri və tanınmış iş adamlarının adlarına rast gəlmək olar. Sahiblər arasında diqqətimi çəkən isə Azərbaycan büdcəsini dədə malı kimi talayan Ziya Məmmədovun oliqarx oğlu Anar Məmmədov oldu”.

“AzPolitika”nın məlumatına görə, bunları tanınmış vəkil Aslan İsmayılov özünün Feysbuk səhifəsində yazıb. Vəkil deyir ki, Anar Məmmədovun adı həmin siyahıda görkəmli sahiblər arasında xüsusi yer tutur.
“Yəni ölkəyə gələn milyardlarla pulu mənimsədikdən sonra vətəndaşlarımızı borc burulğanına salan hakimiyyət nümayəndələrinin bundan xəbəri yoxdur?! Nə üçün Azərbaycan vətəndaşları ziyaların, anarların oğurladıqları pulların bədəlini ödəməlidir və bu azmış kimi hələ gələcək nəsillər indi götürüləcək kreditlərə cavabdeh olmalıdırlar?! Heç olmasa vicdanları ola oğurladıqlarının az bir qismini qaytarıb gələcək nəsli borclandırmayalar. Ancaq bir şeyə əminəm, bu günə qədər haramı sona qədər rahat yeyən görməmişəm!”
Vəkil sonda araşdırmaçı jurnalistlərdən bu məsələ ilə bağlı araşdırma aparmağı xahiş edir: “Anar Məmmədovun həmin kompleksdə hansı dəyərdə, neçə mənzilə sahib olduğunu ictimailəşdirsinlər. Xalq onu bu günə salanları tanımalıdır!”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər