"Körpü-Bina Tikinti" MMC rəhbəri Xəlil Göyüşov həbs oluna bilər... - "MTN işi"...
30-01-2016, 18:18
Oxunub: 8 884
Xəlil Göyüşova məxsus olan "Körpü-Bina Tikinti" MMC-nin Bakı şəhərində həyata keçirtdiyi milyonluq layihələri məhz "Akula"nın dəstəyi ilə əldə edib və bu işdə onun əsas ortaqlarından biri MTN keçmiş rəhbərliyi olub
Bir həftə öncə "Körpü-Bina Tikinti" MMC rəhbəri Xəlil Göyüşovun "MTN işi" ilə bağlı ölkədən qaçan iş adamı "Akula" ləqəbli Akif Mustafayevlə ciddi əlaqələri olması ilə bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, paytaxtın müxtəlif yerlərində tikilən çoxmərtəbəli bina biznesində Xəlil Göyüşovun əsas şəriklərindən biri məhz keçmiş MTN naziri Eldar Mahmudovun ən yaxın adamlarından biri olan və ölkədən qaçan Akif Mustafayev olub. Məlumatda qeyd etmişdik ki, Xəlil Göyüşova məxsus olan "Körpü-Bina Tikinti" MMC-nin Bakı şəhərində həyata keçirtdiyi milyonluq layihələri məhz "Akula"nın dəstəyi ilə əldə edib və bu işdə onun əsas ortaqlarından biri MTN keçmiş rəhbərliyi olub.
DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, artıq müvafiq dövlət qurumları "Körpü-Bina Tikinti" MMC rəhbəri Xəlil Göyüşovun fəaliyyətini araşdırmaya götürüblər.
Hər halda bu fakt çox ciddi mətləblərdən xəbər verir. Bununla bağlı danışan mənbənin dia.az-a söylədikləri: "Məsələçox ciddidir. Hətta "Körpü-Bina Tikinti" MMC rəhbəri Xəlil Göyüşovun həbsi belə gündəmdədir".
Qarşı tərəfi də dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər