Beyləqanda iş tapa bilməyən kişi özünü asdı
1-02-2016, 11:09
Oxunub: 3 584
Beyləqanda intihar baş verib
Rayonun Kəbirli kəndində 44 yaşlı kişi özünü asıb
Kəbirli kənd sakini olan mərhumun qohumunun ans-ə verdiyi məlumata görə, kənd sakini, 1972-ci il təvəllüdlü Əlixan Nuru oğlu İsmayılov yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü asıb. Onun asılmış meyitini yeznəsi aşkar edib və ilkin yardım göstərmək istəyib. Lakin Əlixan İsmayılov artıq dünyasını dəyişmiş olub.
Mərhumun yaxınının bildirdiyinə görə, ali təhsilli olan 44 yaşlı kişi uzun müddətdirki iş tapa bilmədiyindən gileylənirmiş.
Faktla bağlı Beləqan rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Özünü öldürən kişinin iki övladı var.
Ölkədə sonuncu intihar hadisəsi yanvar ayının 26-da Ağcabədidə baş verib. Rayonun Səməd Vurğun küçəsində qeydə alınan hadisə zamanı 237 saylı evdə yaşayan rayon sakini Zeynal Namazov özünü asıb. 40 yaşlı Zeynal Namazov Səlim oğlunun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.
Qonşuların sözlərinə görə, Zeynal Namazov borcu olduğuna görə həyatına qəsd edib. Onun üç övladı vardı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər