Füzuli rayon İcra Hakimiyyəti iş adamlarını rayona dəvət edir
1-02-2016, 15:02
Oxunub: 4 713
Füzuli Rayon İcra Hakimiyyəti sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını rayona dəvət edir, onları rayonda fəaliyyət göstərməyə, yerli istehsal müəssisələri yaradaraq sahibkarlıq fəaliyyətlərini genişləndirməyə, Füzulinin yenidən qurulmasında fəal iştirak etməyə çağırır
Bolgexeber.com-a daxil olan məlumata görə, prezident İlham Əliyevin “Regionları Sosial-iqtisadi inkişafı Dövlət proqramının 2014-2018-ci illər) ikinci ilinin yekunlarına həsr olunmuş konfransda respublikada sahibkarlığın inkişaf etdirilməsi, onların fəaliyyətinə müdaxilələr edilməməsi, sahibkarlar üçün yerlərdə münbit şərait yaradılması, yerli istehsalın artırılması barədə tapşırıqları cəbhə bölgəsində yerləşən Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Rayonda görülən işlər, həyata keçirilən tədbirlər məhz ölkə başçısının bu sözlərinə uyğun aparılır, sahibkarların daha da yaxşı işləmələri, yerli istehsalı artırmaları üçün şərait yaradılır.
Ölkəmizin iqtisadi inkişafı sahibkarların gördükləri işlərdən çox asılıdır. Sahibkarlığın inkişafına göstərilən qayğı Füzulidə də özünü göstərməkdədir. Füzuli rayonunda sahibkarların fəaliyyəti, onların sərbəst işləmələri üçün heç bir maneə yoxdur, əksinə onların Füzuliyə gəlmələri, burada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq rayonun inkişafına təkan vermələri üçün hər cür şərait yaradılır.
Füzuli aqrar rayondur. Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, şəkər çuğunduru, pambıqlıçılıq, bostan məhsulları və digər sahələrdə yerli istehsalın artılması, sahibkarlıq fəaliyyəti üçün əlverilşi şərait vardır. Rayonda sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, hazırda onlarla şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər. Strateji məhsul olan taxılçılığın inkişafına ayrılan xüsusi diqqətin nəticəsidir ki, artıq beşinci ildir ki, Füzuli taxıl istehsalına görə respublikanın 100 min tonçu rayonları sırasındadır və taxıl istehsalçılarımız bu il 111,2 min tondan çox taxıl istehsal ediblər. Bütün bunlar isə rayonda kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara yaradılan şəraitin, dövlət tərəfindən onlara ayrılan subsidiyaların ədalətli, şəffaf verilməsi nəticəsində mümkün olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər