İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
1-02-2016, 16:55
Oxunub: 3 619
Prezident Şeyx Zayed məscidində oldu
Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Abu Dabidə Şeyx Zayed məscidi kompleksini ziyarət edib.
Bolgexeber.com AzərTac-a istinadən xəbər verir ki, dövlətimizin başçısına məlumat verilib ki, məscid Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed ibn Sultan Əl Nəhyanın təşəbbüsü ilə inşa edilib. Onun məzarı da buradadır.
Prezident İlham Əliyev Şeyx Zayed ibn Sultan Əl Nəhyanın məzarını ziyarət edib.
Şeyx Zayed məscidi ölkənin ən böyük məscidi hesab edilir. Cümə və bayram namazlarında buraya gələnlərin sayının 40 min nəfərə çatdığı bildirilir. Məscidin nadir elementlərindən biri də əsas ibadət otağının xalçasıdır. Bu xalça dünyanın ən böyük xalçası sayılır. Ümumi sahəsi 5627 kvadratmetr olan xalçanın çəkisi 35 tondur. Məscid kompleksinin kitabxanasında İslam dininə aid bir sıra klassik nəşrlər, 200 ildən çox yaşı olan qəpiklər, xəttatlıq nümunələri var.
Məscidlə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev məscidin xatirə kitabına ürək sözlərini yazıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər