BolgeXeber.Com » Xəbərlər » Beyləqan səhiyyəsi: Həkimlərin inanılmaz maxinasiyaları

Beyləqan səhiyyəsi: Həkimlərin inanılmaz maxinasiyaları

1-02-2016, 20:40
Oxunub: 2 813 Beyləqan səhiyyəsi: Həkimlərin inanılmaz maxinasiyalarıQanunsuz abortlardan qazanılan sərvət

Bir çox sahələrdə olduğu kimi səhiyyə sistemi də problemlərin ağuşunda boğulur. Bu gün ölkənin bütün xəstəxanalarında rüşvətxorluq, özbaşınalıq hökm sürür. Bəzi baş həkimlərin səriştəsizliyi, pula hərisliyi və qanunlara əhəmiyyət verməməsi isə dəhşətli facilər yaradır və ya bunun üçün zəmin hazırlayır. Elə buna görədir ki, insanlarımız dərdlərini sağaltmaq üçün xarici ölkələrə üz tuturlar. Belə tibb ocaqlarından biri də Beynəlxalq Rayon Mərkəzi Xəstəxanasıdır.

Rayon sakinlərinin verdiyi məlumata görə, xəstəxanada əhaliyə normal normal tibbi xidmət göstərilmir, əvəzində vətəndaşların cibi soyulur. Bunlar isə xəstəxana rəşbərliyindən narazılıqları artırır. Elə bu səbəbdən də adıçəkilən səhiyyə ocağı ilə bağlı müxtəlif mətbuat orqanlarına, eləcə də bir sıra dövlət qurumlarına ünvanlanan şikayətlərin ardı-arası kəsilmir.

Beyləqan sakinlərinin sözlərinə görə, xəstəxananın baş həkimi Əli Məmmədov cərrah kimi cərrahdır, amma baş həkim kimi bacarıqsız və idarəçilik fəaliyyəti sıfıra bərabərdir. Məhz idarəçilik təcrübəsi olmadığından xəstələrdən pul çırpışdırmağı özünə qənimət sayan baş həkim dövlətin bu istiqamətdə ayırdığı vəsaiti qayçılamaqla kifayətlənmir. İddia olunur ki, Əli Məmmədov müxtəlif dərman firmaları ilə sövdələşərək xəstələrə firma dərmanlarını sırıyır.

Sakinlər bildirir ki, dövlət tərəfindən xəstəxanaya ayrılan müxtəlif adda dəriman pereperatlarını və digər tibb ləvəzimatlarını qardaşına məxsus aptekdə satdırır. Xəstələrinə bahalı dərmanlardan ibarət resept yazan Əli Məmmədovun məqsədi bu yolla daha çox gəlir əldə etməkdir. Belə ki, bütün firmalar bu reseptlərə görə həkimlərə faiz ödəyir.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında Əli Məmmədovun imza atdığı maliyyə maxinasiyaları heç də kiçik kəmiyyətlə ölçülmür. Bu prosesin ilkin mərhələsi isə tibbi avadanlıqların alınmasından başlayır. Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına tibbi avadanlıqların alınması üçün 16255 manat pul ayrılıb. Bu işlər də "Araş Medikal" MMC-nin imkanları hesabına qarşılanıb. Avtomobil və digər avadanlıqların satın alınması prosesi isə "Aysu-2" MMC-yə həvalə edilib. Bu yolla da ayrılmış vəsait 17905 manat baş həkimin cibinə keçib. Yəni avtomobil və avadanlıq satın alınması sadəcə sənəd üzərində-formal aparılıb.

Əli Məmmədovun eyni şirkət vasitəsilə yumşaq inventarların alınması üçün 13772 manat xərclədiyini vurğulayan məlumatlı şəxsin deməsinə görə, baş həkim bərk inventarların alınması üçün ayrılmış vəsaitə də göz dikib: "Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi bu zaman "Paritet" MMC vasitəsilə daha 23820 manat əldə etməyə müvəffəq olub".

Qanunsuz abortlardan qazanılan sərvət

Bu arada Beyləqan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsi barədə də rekdaksiyamıza maraqlı məlumat daxil olub. 10 ilə yaxındır ki, şöbənin müdiri vəzifəsini tutan Leyla Ağalarovanın sərvətənin sayı-hesabı bilinmir. Bütün bunları isə doğum evinin imkanları hesabına əldə edib. Hətta bu yaxınlarda Leyla Ağalarovanın mənzilindən 70 min manat dəyərində qızıl-ziynət əşyaları oğurlanıb.

Məlumat verən mənbə iddia edir ki, Leyla Ağalarova qanunsuz abortlardan böyük pullar qazanır. Bildirilir ki, doğum şöbəsində həkimlərin səhlənkarlığı səbəbindən ana və uşaq ölümlərinin sayı hər ötən il bir az da atırr.

Leyla Ağalarova doğum şöbəsindən qazandığı milyonlar hesabına Beyləqanda özünə villa tikdirib. Həmin villanın fotoları redaksiyamıza təqdim olunub. Həmin şəkilləri sabah dərc edəcəyik.

Mənbə bildirir ki, Leyla Ağalarova təkcə Beyləqanda özünə villa tikdirməyib. Onun Bakıda da bir neçə villasının olduğu bildirilir.
qaynar.info