BolgeXeber.Com » Xəbərlər » Bərdə Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Gənclər Günü münasibəti ilə tədbir keçirilmişdir-FOTO
Bərdə Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Gənclər Günü münasibəti ilə tədbir keçirilmişdir-FOTO
2-02-2016, 09:46
Oxunub: 9 929
1 fevral 2016-ciiltarixdə Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı, YAP Bərdə rayon təşkilatı ilə Gənc Mədəniyyət işçilərinin Koordinasiya kreativ qurupunun 2 fevral Gənclər Günü münasibəti ilə əlaqədar tədbir keçirmişlər
Tədbirdən öncə Gənc Mədəniyyət işçiləri Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərə öz ehtiramlarını bildirmiş, daha sonra gənclər Bərdə Tarix-Diyarşünaslıq muzeyində olaraq Bərdənin tarixini özündə əks etdirən eksponatlarla tanış olmuşdurlar. Şəhər 1 nömrəli Uşaq incəsənət məktəbində keçirilən tədbirdə ətraf rayonların Gənc Mədəniyyət işçiləri də daxil olmaqla 200 yaxın gənc iştirak etmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev çıxış edərək tədbir iştirakçılarını Gənclər günü münasibəti ilə təbrik etmiş, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini bu gündə möhtərəm prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışdılar. Bundan sonra söz çıxışçılara verildi. Çıxış edən Gənc Mədəniyyət işçiləri koordinasiya kreativ qrupunun Bərdə rayon kuratoru Səbuhi Qasımov qrupun fəaliyyəti haqqında, Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov Mədəniyyət siyasəti və Mədəniyyət sahəsində görülmüş işlər, Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov Gənclər Gününün yaranması, Azərbaycanda gənclərin müxtəlif sahələrdə gördüyü işlərdən və YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri Fərid Fərzəliyev birgə görülmüş işlərdən danışdı. Tədbirdə iştirak edən Yevlax şəhər və Tərtər rayonundan gəlmiş qonaqlara xatirə hədiyyələri təqdim olundu və tədbir 1 nömrəli Uşaq İncəsənət məktəbinin gənc kollektivi tərəfindən təşkil olunmuş konsert proqramı ilə davam etdi.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər