"O da qadındır, ər istəməyə haqqı var..." - İttihamlara cavab
2-02-2016, 12:59
Oxunub: 3 921
Xalq artisti Brillant Dadaşovanın köməkçisi aktyor Rafael Dadaşovun sənətçinin ünvanına səsləndirdiyi ittihamlarına cabab verib.
Seymur Zəkərəyev açıqlamasında bildirir ki, B.Dadaşova bacısı Sədaqət Dadaşovanın “Zuhal Topalla İzdivac” verilişinə çıxmasından xəbərsizdir: “Rəfael müəllim ola bilsin ki, məlumatsızdır. Sədaqət xanım həmin verilişə özü gedib. Efirdə görüb, maraqlanıb və gedib. Burada qəbahət heç nə yoxdur. O da qadındır, ər istəməyə haqqı var. Orada həyatını qurmağa gedib”.
S.Zəkərəyev vurğulayıb ki, Sədaqət Dadaşovanın həmin verilişdə iştirakı yaradıcılıq baxımından müsbət qiymətləndirilməlidir: “Sədaqət xanım karyerasına müğənni kimi başlayıb, uzun müddət Vaqif Mustafazadənin caz qrupunün üzvü olub, filmlərə çəkilib və “Yaşıl eynəkli adam”, “Səni axtarıram” tamaşasına çəkilib. Onun indi Türkiyəyə gedib həmin şouda iştirak etməsi yaradıclııq və ailə baxımından yeni bir həyata başlamasından xəbər verir. Ola bilsin ki, sənət, səhnə, film sahəsində uğur əldə etsin”.
Qeyd edək ki, Brilliant Dadaşovanın bacısı Sədaqət Dadaşova Türkiyənin “Fox” telekanalında yayımlanan “Zuhal Topalla İzdivac” proqramına qatılıb. Aktyor R.Dadaşov keçmiş həyat yoldaşı S.Dadaşovanın proqrama qatılmasında B.Dadaşovanı ittiham edib. O, bildirib ki, S.Dadaşovanı Türkiyəyə bacısı B.Dadaşova göndərib.( AzNews.az )
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər